Xəbər lenti 
					
 
		Robot-stomatoloq insanın iştirakı olmadan əməliyyat keçirdi -FOTO

Son zamanlar həkimlərə müxtəlif əməliyyatlar aparmaqda kömək edən robotlar hazırlandığı barədə çoxsaylı informasiya yayılır. Elə robotlar da var ki, belə əməliyyatları müstəqil şəkildə keçirə bilir. Buna əyani misal Çində istehsal olunan və bu günlərdə ilk müstəqil əməliyyat aparan robot-stomatoloqdur.
Manevr.az-ın “azərtac”a istinadən xəbərinə görə, robot qadın pasientin ağzına 3 ölçülü printerdə hazırlanan 2 ədəd diş qoyub. Həmin əməliyyat zamanı yaxınlıqda bir neçə tibb işçisi olub. Onlar yalnız robotlaşdırılmış stomatoloqun fəaliyyətini izləyib və əməliyyata heç bir vacib müdaxilə etməyiblər.
Əməliyyat noyabrın 4-də Sian şəhərində həyata keçirilib. Mütəxəssislər implantın qoyulduğu zaman xətanın 0,2-0,3 millimetrdən çox olmadığını və onun bu cür əməliyyatlarda məqbul sayıldığını bildiriblər. Ekspertlər hesab edirlər ki, belə robotların tətbiqi stomatoloqlar arasında yüksək səviyyəli mütəxəssis çatışmazlığını aradan qaldırmağa kömək göstərəcək.
Robot-stomatoloqun ərsəyə gəlməsində Sian şəhərində yerləşən hərbi-tibbi universitetin stomatoloji hospitalının və robot-texniki institutunun çox sayda mütəxəssisi iştirak edib və onun hazırlanmasına dörd il vaxt lazım gəlib.
Statistikaya əsasən, Çində 400 milyona yaxın insanın peşəkar stomatoloqların xidmətinə ehtiyacı var. Lakin bütün müştərilərə yeni diş qoya biləcək həkimlər çatışmır. Hazırda ölkədə implant qoymaqla məşğul olan çox sayda həkim olsa da, onların heç də hamısı lazımi bilik və təcrübəyə malik deyil. Nəticədə pasientlərin bir çoxu yeni dişlər qoyulduqdan sonra daha böyük problemlərlə qarşılaşır.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















