Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Uşaqlarda piylənmənin səbəblərindən biri hormonal pozuntulardır

Tarix: 07-11-2017 08:37     Baxış: 4430 A- / A+
Uşaqlarda piylənmənin səbəblərindən biri hormonal pozuntulardır


Hippokrat qəfləti ölüm hallarının daha çox kök insanlara xarakterik olduğunu demişdi.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) uşaq xəstəlikləri kafedrasının müəllimi, endokrinoloq İlisur Novruzov deyib.

Həkim bildirib: "Dünya Səhiyyə Təşkilatı uşaqlıq dövründə yaranan piylənməni qlobal epidemiya kimi qiymətləndirir. Artıq çəki və piylənmə bir çox faktorlardan asılı olaraq enerji əmələ gəlmə və istifadə etmə arasında tarazlığın pozulmasıdır.

Uşaqlarda piylənmə diaqnozu böyüklərdən fərqli olaraq yaş və cinsiyyət faktorlarının nəzərə alındığı persentil əyriləri ilə dəyərləndirilir. Bu zaman boy və çəki nəzərə alınmaqla bədən kütlə indeksi hesablanır. 95 persentildən yuxarı olan uşaqlar piylənmə qrupuna aid edilirlər. Bu genetik, ətraf mühit faktorları, hormonal pozğunluqlar, metabolik xəstəliklər, ghrelin-leptin tarazlığının pozğunluğu və bir sıra bu kimi səbəblərlə əlaqəlidir. Aparılan araşdırmalara görə yağ toxumasından qana bəzi zərərli molekullar ifraz olunur və qan-damar sisteminə, hormonal balansa və metabolizmə təsir edərək müxtəlif xəstəliklərə səbəb olur. Bura qlükozaya qarşı tolerantlığın pozulması, II tip diabet, hipertenziya, ürək xəstəlikləri və sairə aiddir. Artıq orta və yuxarı yaşlarda gördüyümüz xəstəliklərə uşaqlıqlıqda da sıx rast gəlinir. Buna görə bir çox ölkələrdə heç bir risk faktoru olmayan uşaqlarda dislipidemiyaya görə skrininq proqramı istifadə edilir. Birinci skrininq prepubertat dövründə (9-16 yaş), ikinci skrininq pubertat və postpubertat (17-21 yaş) dövründə aparılmalıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar