Xəbər lenti 
					
 
		Azərbaycanda cırtdanboyluların sayı artır - Müalicəsi də bahalıdır - VİDEO

Azərbaycanda cırtdanboylu insanların sayı qeydiyyatda olanlardan çoxdur. Dövlət tərəfindən pulsuz dərman təminatı olmadığı üçün onlar qeydiyyata düşməyə həvəs göstərmirlər.
Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə Respublika Endokrinoloji Mərkəzindən verilib.
2017-ci ilin statistik məlumatlarına əsasən, Azərbaycanda 300 nəfərə yaxın cırtdanboylu insan var. Cırtdanboyluluqla bağlı respublika üzrə 147 kişi və 124 qadın qeydiyyatdadır. Bu kateqoriyaya daxil olan kişilərdə boyun uzunluğu maksimum 130, qadınlarda isə 120 sm olur. Ümumilikdə isə respublikada cırtdanboyluluq üzrə rəqəmin qeydiyyatda olanlardan 2 dəfə çox olduğu güman edilir.
Endokrinoloq Fərhad Burzu deyir ki, əgər vaxtında müalicə edilərsə, boyu artırmaq və hansısa nəticəyə nail olmaq mümkündür. Lakin bu, bahalı müalicə hesab edilir, xərclər təxminən bir neçə 100 manatdan başlayır.
Respublika Endokrinolojı Mərkəzinin məlumatına əsasən, qısaboyluluqla bağlı regionlarda vəziyyət daha acınacaqlıdır. Tam dəqiq statistika olmasa da, Zaqatala, Balakən, Masallı və Lənkəran rayonlarında cırtdanboylu insanların sayının çox olduğu müşahidə edilir. Endokrinoloqlar hesab edirlər ki, bu sahədə xəstələrə dovlət tərəfindən yardım mütləqdir.
Vaxtında müalicə alan şəxslər işləyərək gələcəkdə özlərini təmin edə, eyni zamanda cəmiyyətdən təcrid olunmadan həyatlarına davam edə bilərlər.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















