Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkədə kəskin virus yayılıb : Necə qorunaq?

Tarix: 03-11-2017 23:10     Baxış: 5463 A- / A+
 Ölkədə kəskin virus yayılıb
Hazırda qrip, respirator virusların kəskin infeksiyaları yayılıb. Havaların soyuması ilə Azərbaycanda da bu virusa yoluxma halları həddən çox artıb.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Bioloji Təbabət Klinikasının həkim-terapevti Arzu Musayeva ölkədə yayılan kəskin virusla bağlı danışarkən deyib. A.Musayeva bildirib ki, dünyada bu virusların infeksiya sayı artdığı üçün daha ağır formada müşahidə edilir:

“Havanın temperaturu aşağı endikcə respirator virusların artması müşahidə edilir. Ancaq bu virusların təsirləri ildən ilə dəyişir. Xəstəliyin kəskinləşməsinə səbəb xaricdən ölkəyə xeyli sayda turistin gəlməsi və tətildən dönənlərin özləri ilə getdikləri ölkədə yoluxduqları hər hansısa virusu gətirmələridir.

Bu gün ölkədə əhalinin çox hissəsinin yoluxduğu xəstəlik hava və damcı yolu ilə keçən virusdur. Bu qədər kütləviləşməsinə səbəb isə yayılma ehtimalının yüksək olmasıdır.

Bu xəstəliyə daha çox immun sistemi və qanı aşağı olan, soyuqlayan və ac, yorğun, yuxusuz adamların yoluxma ehtimalı çox olur. Kütləvi yerlərdə olan insanlarda bu virusa yoluxma halları çox yüksəkdir. Bu cür virusların aktiv olduğu zamanlarda kütləvi yerlərdə mümkün qədər az olmaq lazımdır”.

Həkim-terapevt məsləhət görür ki, kəskin respirator infeksiya xəstəliyindən qorunmaq üçün immun sistemini möhkəmlədən qidalara üstünlük verilməli, vitaminli qidalar qəbul edilməlidir:

“Qanı az adamların belə viruslara yoluxma ehtimal çox olduğuna görə, qan artıran qidara üstünlük verilməlidir. Mümkün qədər ac və yuxusuz qalmayın. Çünki xəstəlik ac və yorğun insana daha tez yoluxur. Əlləri tez-tez yumaq, öskürən və asqıran zaman ağzı tutmaq lazımdır. Tibbi maskalardan mümkün qədər çox istifadə edilsə, yaxşı olar”.

Yoluxma halı artıq baş veribsə, həkim-terapevt məsləhət görür ki, dərman qəbul etməzdən öncə çoxlu maye qəbul edilməlidir:

“Xüsusilə zəncəfilli, limonlu, nanəli çay qəbul edilməlidir. Zoğal, gicitkən, malina kimi bitkilərin mürəbbələrindən tez-tez istifadə etsələr, daha yaxşı olar. Bizim əhali adi qızdırma və öskürəkdə belə antibiotiklərdən istifadə etməyə üstülük verir. Ancaq bundan ümumiyyətlə qaçmaq lazımdır. Qrip, respirator infeksiyalarında antibiotiklərdən istifadə edilməməlidir. Həmin infeksiya angina, bronxit və plevmaniya kimi kəskin fəsadlar verərsə, o zaman həkim məsləhəti ilə antibiotiklərə müraciət etmək olar”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar