Xəbər lenti
Qan azlığından xilas edən yeganə məhsul
Qanazlığının əsas səbəbi qanda dəmirin səviyyəsinin azalmasıdır. Buna dəmirdifisitli anemiya deyilir və bu ən yayılmış anemiya növüdür.
Manevr.az xəbər verir ki, dəmirdifisitli anemiya zamanı dəmirlə zəngin olan məhsulların qidalanmaya daxil edilməsi olduqca vacibdir.
Bir çox insanların fikrinə görə, alma, nar, albalı, qarabaşaq və s. kimi faydalı məhsullar qanda dəmirin səviyyəsini qaldırır və bununla da qanazlığını müalicə edir. Təəssüf ki, bu belə deyil. Bu məhsulların tərkibində olan dəmir orqanizm tərəfindən çox pis mənimsənilir və yalnız bu məhsulların köməyi ilə qanazlığından qurtulmaq mümkün deyil.
Dəmirin ən yaxşı mənbəyi qırmızı ətdir ki, bu məhsulda olan dəmir orqanizm tərəfindən tez və yaxşı mənimsənilir.
Meyvə və tərəvəzlər qanazlığı zamanı müəyyən kömək edə bilər. Lakin ona görə yox ki, onların tərkibində dəmir var. Məsələ burasındadır ki, bu məhsulların tərkibində olan vitamin və turşular dəmirin ətdən mənimsənilməsini daha da yaxşılaşdırır. Bu səbəbdən ət xörəklərinin yanında tərəvəz salatları, göyərti olmalıdır.
Nəzərə almaq lazımdır ki, kalsium əksinə dəmirin sovrulmasını pisləşdirir. Bu səbəbdən, məsələn, dolmanı qatıqla yemək tövsiyə edilmir./saglamolun.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar