Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həftədə iki dəfə mütləq yeyin - DÜZGÜN BİŞİRİLMƏ QAYDASI

Tarix: 01-11-2017 22:51     Baxış: 4946 A- / A+
Həftədə iki dəfə mütləq yeyin - DÜZGÜN BİŞİRİLMƏ QAYDASI


Balığın faydalı qida olduğu hər kəsə məlumdur. Amma balığı da yanlış formada istifadə etdikdə faydalı yox, zərərli ola bilir.

Manevr.az ailem.az-a istinadən türkiyəli dietoloq, fizioterapiya mütəxəssisi Şeyda Sıla Bilgilinin balıq yeməyin düzgün qaydaları ilə dediklərini diqqətinizə çatdırır.

Dietoloq bildirir ki, sağlamlığımız üzərində çox böyük təsiri olan balığı mütləq həftədə iki dəfə yemək lazımdır. Həmçinin daha çox fayda əldə etmək üçün doğru hazırlanması və doğru formada yeyilməsi lazımdır.

Qızartmayın


Balığı əsla qızartmayın, çünki qızardıldığında ağırlığının yarısı qədər yağ çəkir. Qida dəyərini itirir və kalori miqdarı artır. Daha çox yağsız formada, sobada, tərəvəzlərlə birlikdə buxarda bişdikdə daha faydalı olur.

Yaşıl salat ilə yeyin


Balıqda ən az olan vitamin C vitaminidir. Buna görə balığın yanında yaşıl salat istifadə edin. Xüsusilə bol miqdarda limonlu bir yaşıl salat balıqdakı C vitamini əskikliyini də ləzzətli şəkildə bağlayan əla bir seçimdir.

Həftədə iki dəfə mütləq yeyin


Həftədə iki dəfə mütəmadi olaraq balıq yeməyi yaddan çıxarmayın. Balıq sayəsində həm ürəyinizi və sağlamlığınızı qoruyacaq, həm də yüksələn xolesterolu əziyyət çəkmədən aradan qaldıracaqsınız. Bədənin qış aylarında daha çox ehtiyac duyduğu A, B1, B2 və D vitaminlərini mütəmadi balıq yeyərək qarşılaya biləcəksiniz. Uşaqlarınızın da həm immunitetini gücləndirmək, həm də fiziki və zehni inkişaflarını dəstəkləmək üçün balıq yeməyə həvəsləndirin.

Kiçik balıqları qılçığı ilə yeyin


Balığın qılçığında olan yüksək miqdardakı kalsium və fosfor sümüklərin sağlığı və dayanıqlılığı baxımından son dərəcə əhəmiyyətlidir. Buna görə xüsusilə sümük əriməsi problemi yaşayanların kiçik balıqları qılçığı ilə yeməsində fayda var.

Mütləq limon sıxın


Balığı hazırlayarkən və yeyərkən mütləq üzərinə limon suyu sıxın. Limonun içində olan antioksidantar və C vitamini balıqdakı Omega 3-ün bədəndəki istifadəsini artırır.

Həddindən çox bişirməyin


Balıqları çox bişirmək protein itkisinə səbəb olur və balıqdakı proteinin orqanizmimiz üçün faydası olmaz. Buna görə balıqları azca sulu qalacaq şəkildə bişirmək lazımdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar