Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng xəstəliyi "intihar" edəcək - YENİ KƏŞF

Tarix: 31-10-2017 15:19     Baxış: 4499 A- / A+
Xərçəng xəstəliyi "intihar" edəcək


ABŞ-ın Nortvestern Universitetinin professor heyəti xərçəng xəstəliyini yaradan hüceyrələrin özü-özünü məhv edən avtomüdafiə sistemi kəşf edib.
Publika.az xəbər verir ki, heyətin rəhbəri Markus Pitr insan genlərinin iş fəaliyyətini öyrənmək üçün başlatdığı sınaqlarda xüsusi bir RNT (ribo nuklein turşusu) kəşf edib.
O, bəzi genetik hüceyrələrdən əldə etdiyi RNT-lərin böyük qisminin sadəcə içində olduqları hüceyrəni deyil, eyni zamanda xərçəngli hüceyrələri də yox etmək potensialına sahib olduğunu müşahidə edib.
RNT molekullarının iş fəaliyyətinin təyin edilməsi elm adamlarına 8 ilə başa gəlib. Sınaqlar öz müsbət nəticəsini göstərib və RNT-lərin xərçəng xəstəliyi yaradan hüceyrələri “intihara sürükləyən” mexanizmi aşkar edilib. Bu mexanizm sayəsində xərçəng hüceyrələri özünü müdafiə etmək imkanlarından məhrum olur.

Xərçəng xəstəliyi "intihar" edəcək


Professor M.Pitr insanın hər hüceyrəsində var olan bu mexanizmin yüz milyon il yaşı olduğunu deyib. Onun sınaqlarının nəticəsi siçanlar üzərində test edilib və uğurlu nəticələr əldə olunub. Professor RNT mexanizminin iş fəaliyyətini belə tərif edib:
“Bu eyni anda özünü bıçaqlamağa, yandırmağa və uçurumdan aşağı atmağa bənzəyir. Bu formada yaşamağa davam etmək olmaz. Ona görə də xərçəng hüceyrələri özlərini məhv etməyə can atır və yox olur. RNT mexanizmi hüceyrənin xərçəngə yoluxmasından dərhal sonra aktivləşir”.
O, sınaqlarının nəticəsini “Həyatda qalmaq geninin aradan qaldırılması ilə nəticələnən ölüm” (Death Induced by Survival gene Elimination- DISE) adlandırıb. Professor bu yeni mexanizm sayəsində xərçəngin birdəfəlik müalicəsini mümkün edən yeni üsullar kəşf etməyi hədəfləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar