Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Öd kisəsində daşlar bu səbəblərdən əmələ gəlir

Tarix: 29-10-2017 15:03     Baxış: 6652 A- / A+
Öd kisəsində daşlar bu səbəblərdən əmələ gəlir
Qaraciyər daim öd ifraz edir. Öd xüsusi orqanda - öd kisəsində toplanır və daha sonra ehtiyac yarandıqda onikibarmaq bağırsağına daxil olur.

Öd həzm proseslərində iştirak edir, yağları parçalayır. Öd xolesterol, turşular, piqmentlər və fosfolipidlərdən ibarət olan duru maddədir. Bəs bu maddə necə daşlara çevrilir?

Manevr.az-ın saglamolun.az-a istinadən verdiyi xəbərə görə, bunun bir neçə səbəbi var:
1. Qida qəbulları arasında uzun fasilələr

Öd kisəsini sağlam saxlamaq üçün gün ərzində 4-5 dəfə qida qəbul etmək lazımdır. Öd 12 barmaq bağırsağına burada qida kütləsi olduqda ifraz olunur. İnsan gün ərzində böyük fasilələrlə qida qəbul edirsə öd durğunlaşır, qatılaşır, öd kisəsində çöküntülər əmələ gəlir, daha sonra bu çöküntülər birləşir və daşlar əmələ gətirir.

2. Azhərəkətli həyat tərzi

Azhərəkətli həyat tərzi bütün orqanizm üçün ziyanlıdır. Bu zaman qan dövranı pisləşir ki, bu da orqanizmin müxtəlif orqan və sistemlərində durğunluq proseslərin və iltihabların inkişafına şərait yaradır.

3. Piylənmə

Piylənmə zamanı maddələr mübadiləsi prosesləri pozulur, bütün orqan və sistemlər yükləmələrlə şiləyir ki, nəticədə müxtəlif pozulma və xəstəliklərin və o cümlədən öd daşı xəstəliyinin riski artır.

4. Qadın cinsi

Öd daşı xəstəliyinə qadınlar arasında kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Bunun əsas səbəblərindən biri hamiləlikdir. Hamiləlik zamanı öd kisəsi uşaqlıq tərəfindən sıxılır, orqanizmin hormonal fonu kəskin dəyişilir ki, bu da öd kisəsində daşların əmələ gəlməsinə gətirib çıxarda bilər.

Doğuşdan sonra, klimaks zamanı qadın orqanizmində çox ciddi hormonal dəyişikliklər baş verir və bu dəyişikliklər də öd daşı xəstəliyinin inkişafına zamın yaradır.

Həmçinin hamiləlik əleyhinə həblərin qəbulu da öd kisəsində daşların əmələ gəlməsinin riskini artırır.

Bütün bunları nəzərə alaraq ingilis alim Diver keşmiş əsrdə öd daşı xəstəliyinə görə ən böyük riski olan insanı təsvir etmək üçün "5 F" qaydasını tərtib edib:

femina - qadın

fertale - doğmuş

forty - 40-yaşlı

fat - dolu

fair - sarışın


5. İrsiyyət

Bir çox digər xəstəliklər kimi öd daşı xəstəliyinin inkişafına irsiyyət təsir edə bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar