Xəbər lenti
Arıqlamaq istəyirsinizsə, darçınlı su için - RESEPT
Gündəlik ən az 2 litr su içmək sağlamlıq baxımından çox əhəmiyyətlidir. Suyun arıqladıcı təsiri olan darçınla qarışdırılaraq içilməsi isə çəki atmaq istəyənlər üçün mükəmməl bir seçimdir. Arıqlamaq üçün darçınlı su içilməsi tövsiyə edilsə də, unudulmamalıdır ki, darçın tək başına arıqlamağa kömək edə bilməz.
Darçının arıqlamağa təsiri
Tərkibində bol miqdarda antioksidant olan darçının tək başına arıqlatma xüsusiyyəti yoxdur. Lakin insulin hormonunu tarazlaşdıraraq pəhrizinizi dəstəkləyir. Qan şəkərinin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir.
Yağ yandırıcı xüsusiyyəti sayəsində orqanizmin enerji qaynağı olan yağ yığılmalarını daha yaxşı istifadə etməsini dəstəkləyir.
Toxluq hissi verir, insanı daha gec acdırır.
Darçınlı su hazırlamaq üçün lazım olanlar:
- 3-4 ədəd çubuq darçın
- İstəyə uyğun bir az mixək, zəncəfil, dəfnə yarpağı, sarıkök, dilimlənmiş alma
- 5 stəkan su
Hazırlanması:
Darçınla suyu təxminən 10 dəqiqəyə qədər qaynadın. Odu söndürənə yaxın istəyə görə mixək, zəncəfil, sarıkök və ya dəfnə yarpağı əlavə edə bilərsiniz.
Soyuduqdan sonra (soyuducuya qoymayın) gün ərzində istifadə edin. Dad verməsi məqsədi ilə damaq zövqünüzə görə içməzdən əvvəl limon da qata bilərsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar