Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur həkim təhlükəli qidaları AÇIQLAYIB, arıqlamağın ən asan YOLUNU GÖSTƏRDİ

Tarix: 23-10-2017 08:54     Baxış: 5531 A- / A+
Məşhur həkim təhlükəli qidaları AÇIQLAYIB, arıqlamağın ən asan YOLUNU GÖSTƏRDİ


Fransız dietoloqu və həkimi Pyer Dükan ənənəvi rus mətbəxinə üstünlük verməyi və sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara biləcək Hollivud pəhrizlərindən çəkinməyi tövsiyə edib.

Manevr.az xəbər verir ki, bir neçə gün əvvəl Rusiyanın qonağı olan dietoloq bu barədə İTAR-TASS-a müsahibəsində danışıb. O, hesab edir ki, Rusiya mətbəxi faydalı inqrediyentlərlə zəngindir:

"Ümumiyyətlə, Rusiyada mətbəx mədəniyyəti çox yaxşıdır. Məsələn, mən borşu çox sevirəm, hər dəfə bura gələndə böyük məmnuniyyətlə yeyirəm. Həmçinin kiçik küftə ilə bişirilən qarabaşağı da xoşlayıram".

O bildirib ki, ruslar öz qida mədəniyyətini və öz mətbəx ənənələrini qoruyub saxlamağa çalışırlar:

"Amma digər tərəfdən Amerika təsiri də hiss olunur. Pitsa və ya dondurulmuş yarımfabrikatlar alan adam bilmir ki, bu məhsulların tərkibinə nələr daxildir. Müasir insanın həyatı çox ağırdır. Biz həmişə tələsirik, stress keçiririk, ailəmizlə daha az vaxt keçirir və hərəkətsiz həyat tərzi sürürük. Bütün bunlar ona gətirib çıxarır ki, insanlar yeməklərdə kompensasiya tapmağa çalışır. Ancaq məsələ burasındadır ki, adamlar çox yeyir, məhsulların qida dəyəri və keyfiyyəti aşağı düşüb".

Təhlükəli pəhrizlər

Dükan bildirib ki, bəzi pəhrizlər orqanizm üçün çox zərərlidir, məsələn, yalnız meyvələrə əsaslanan Hollivud pəhrizi. Mütəxəssisin fikrincə, inqrediyenti ancaq kələm olan şorbalar da zərərlidir:


"İndi hərə bir pəhriz hazırlayır. Amma bu, yolverilməzdir, çünki dietologiya tibb elminin bir hissəsidir və sağlamlıq düzgün qidalanma məsələləri ilə bağlıdır. Daha sonra dietoloq əlavə edib ki, bir-iki gün oruc tutmaq olar, amma mütəmadi olaraq oruc tutmaq zərərlidir. Fransız həkim bunu onunla əsaslandırıb ki, zülallı qidalar bütün orqanizmin həyat fəaliyyəti prosesində mühüm rol oynayır və onu qida rasionunda istisna etmək olmaz.

Yeri gəlmişkən xatırladaq ki, dükan pəhrizi zülallı qidalara əsaslanıb. Pyer Dükan 2000-ci ildə "Arıqlaya bilmirəm" kitabı çıxandan sonra şöhrət qazanıb. Onun bu kitabı dünyanın 32 dilində nəşr edilib və 17 milyon nüsxə tirajla satılıb.

Dietoloq öz pəhrizinin populyarlıq qazanmasını belə izah edib:


"Pəhrizin uğur qazanmasının vacib tərkib hissələrindən biri odur ki, insanlara yemək məhdudiyyəti qoyulmur. 100 cür məhsul seçimi var. Heç nə düşünmək və hesablamaq lazım deyil. Çünki ac qalmırsan".

Çərşənbə axşamı Rusiyada keçirilən mətbuat konfransında Dükan "Hamiləliyinizin 60 ən vacib günü" adlı yeni kitabını təqdim edib. Burada o, bütün dünyada diabet və piylənmədən əziyyət çəkən insanların sayının artmasına səbəb olan amilləri açıqlayıb.

Onun sözlərinə görə, hazırda dünyada 2 milyard insan piylənmədən əziyyət çəkir. O, bu problemlə mübarizə üçün hamilə qadınlara hamiləliyin 4-cü və 5-ci aylarında şirin və yağlı qidalardan imtina etməyi təklif edib. (publika.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar