Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hər bir qadın bunları bilməlidir

Tarix: 15-10-2017 15:02     Baxış: 6455 A- / A+
Hər bir qadın bunları bilməlidir
Bunu hər bir qadın bilməli və süd vəzilərinin vəziyyətinə daim nəzarət etməlidir.

Bütün dünyada qadınlar arasında ən yayılmış xərçəng növü süd vəzi xərçəngi sayılır. Hal-hazırda, ilkin mərhələlərdə aşkar olunmuş süd vəzi xərçəngi çox uğurla və tam müalicə olunur.

Süd vəzi xərçəngindən heç bir qadın sığortalanmayıb. Bunu hər bir qadın bilməli və süd vəzilərinin vəziyyətinə daim nəzarət etməlidir. Süd vəzilərində istənilən dəyişiklikliyin əmələ gəlməsi mamoloqa müraciət etmək üçün ciddi səbəb sayılır.

Manevr.az saglamolun-a istinadən həmin dəyişiklikləri təqdim edir:

Süd vəzilərinin formasının, ölçülərinin və ümumi görünüşünün dəyişilməsi (böyüməsi, kiçilməsi, asimmetriyası və s.);

Süd vəzi və gilənin üzərində qızartı və səpgilər;

Gilədən ifrazatların əmələ gəlməsi;

Qoltuqaltı nahiyəsində şişkinlik;

Gilənin formasının və ya ölçüsünün dəyişilməsi;

Süd vəzidə və ya qoltuqaltı nahiyəsində tez-tez təkrarlanan ağrılar;


Süd vəzinin üzərində bərkimiş sahələrin əmələ gəlməsi;

Süd vəzi dərisinin vəziyyətinin dəyişilməsi (qırışması, üzərində "portağal qabığı"na oxşayan sahələrin əmələ gəlməsi).


Nəzərə almaq lazımdır ki, xəstəliyin əvvəlində qadın heç bir ağrı hiss etməyə bilər. Bu səbəbdən süd vəzinin üzərində istənilən dəyişiklik ciddi simptom kimi qiymətləndirilməlidir.

Süd vəzi xərçənginin inkişafında irsi faktor böyük rol oynayır. Bundan əlavə artıq çəki, azhərəkətli həyat tərzi, spirtli içkilərin qəbulu, süd vəzi travmaları, bəzi xoşxassəli süd vəzi xəstəlikləri, yaş (40 yaşdan yuxarı qadınlar) süd vəzi xərçənginin risk faktorları sayılır.

O da nəzərə alınmalıdır ki, nadir hallarda olsa da, süd vəzi xərçəngi kişilərdə də inkişaf edə bilər. Bu səbəbdən özündə yuxarıda sadaladığımız simptomları müşahidə edən kişi mütləq həkimə müraciət etməlidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar