Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qan xərçənginə yoluxan uşaqların sayı artıb – ƏLAMƏTLƏRİ

Tarix: 13-10-2017 11:52     Baxış: 3500 A- / A+
Qan xərçənginə yoluxan uşaqların sayı artıb – ƏLAMƏTLƏRİ


Son zamanlar xərçəng xəstəliyinə yoluxanların sayı artıb. Təəssüf ki, bu xəstəliyə uşaqlar arasında da rast gəlinir.

Manevr.az bildirir ki, bu barədə medicina.az-a hematoloq Ələmdar Cəfərov bildirib: “Uşaqlarda bu xəstəliyin 2-10 yaş arası daha çox rast gəlinir. Onlarda akut (kəskin) limfoblastik leykemiyalar daha çox müşahidə olunur. Sürətli arıqlama, səbəbsiz olaraq uzunmüddətli qızdırma, dəridə kiçik səpkilərin (petexilarin) əmələ gəlməsi kimi göstəricilər bu xəstəliyin xəbərçisi ola bilər. Leykoz yoluxucu və irsi xəstəlik deyil. Tam sağlam olan valideynlərin övladlarında da leykoz xəstəliyi inkişaf edə bilər”.

Həkim bildirir ki, xəstəlik zamanı azyaşlının bədənində göyərmiş sahələr ola bilər, qaraciyər, dalaq və limfa düyünləri böyüyə bilər: "Qanda hemoqlobin, eritrositlər, trombositlər azalır, EÇS (eritrositlərin çökmə sürəti) kəskin şəkildə artır. Qanda tam yetkin olmayan hüceyrələr (blastlar) aşkar edilir ki, onlar kəskin leykozun mütləq əlamətlərindən hesab olunur. Sağlam adamın qanında normal halda belə hüceyrələrə təsadüf edilmir. Bu halda diaqnozu dəqiqləşdirmək üçün sümük iliyinin punksiyasını etmək tələb olunur. Hazırda uşaqlarda leykoz xəstəliyi xüsusi dərman preparatları vasitəsi ilə müvəffəqiyyətlə müalicə olunur. Kurs müalicəsi uzunmüddətli olub həm valideynlərdən və həm də uşaqdan böyük diqqət və təmkin tələb edir. Dərmanla müalicə effektsiz olduğu halda sümük iliyi köçürülməsi əməliyyatına əl atırlar. Sümük iliyi köçürülməsi üçün donor (xəstə ilə bir çox parametrlərinə görə uyğun gələn sağlam şəxs) tələb olunur”.

Qeyd edək ki, hematoloq, uşaqlarda Vitamin D çatışmazlığının bu xəstəliyi tətikliyə biləcəyini də vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar