Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda ana bətnindəki dölə qan köçürülüb.

Tarix: 10-10-2017 13:56     Baxış: 4429 A- / A+
Bakıda ana bətnindəki dölə qan köçürülüb.


Bakıda ana bətnindəki dölə qan köçürülüb.

Metbuat.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında hələ ana bətnində olan döldəki problem aradan qaldırılıb. Xəstə Klinikanın Mama-Ginekologiya şöbəsinə müraciət edib. Şöbə müdiri Turab Canbaxışovun sözlərinə görə, xəstə hamiləliyin əvvəlində klinikaya gəlib:
“Bu, xanımın 4-cü hamiləliyi idi. Birinci hamiləliyindən sağlam bir qız övladı dünyaya gəlib, ikinci dəfə uşaq doğulduqdan sonra vəfat edib, üçüncü döl bətndə tələf olub. Xanımda həyat yoldaşı ilə qan uyğunsuzluğu problemi var idi. Adətən belə uyğunsuzluq zamanı anaya xüsusi iynə vurulmalıdır. Görünür, bu halda həmin dərman vurulmayıb, yaxud da təsir göstərməyib”.

Xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasında nəzarətdə saxlanılıb. Hamiləliyin 24-cü həftəsində ultrasəs müayinəsi nəticəsində döldə maye yığıldığı müşahidə olunub: “Bu, dölün qan damarında parçalanmasının bir əlamətidir. İlk dəfə 24 həftəlikdə qan köçürməsi etdik. Alınan nümunələrdən vəziyyətin kritik olduğu göründü, dölün qan dəyəri 140-dan yuxarı olmalı halda, 17 idi. Vurulan qan sayəsində nəticə 160-a qalxdı. Həmin prosedur 27-ci və 32-ci həftələrdə təkrarlandı. Çünki bizim verdiyimiz qan özündə qan əmələgətirmə qabilliyyətinə malik deyil və müəyyən dövr sonra parçalanır. Nəhayət, 36-cı həftədə keysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirdik”.

Nəticədə 2.6 kq çəkili sağlam bir övlad dünyaya gəlib. Körpə 3 gün klinikanın neanotologiya şöbəsində qaldıqdan sonra evə buraxılıb.

T.Canbaxışovun sözlərinə görə, Azərbaycanda artıq 5-ci uşaqdır ki, bu əməliyyatın köməyi ilə sağ-salamat doğulub: “Sayca artıq 17-ci dəfədir ki, ana bətnində dölə qan köçürürük. Qan köçürülməsi də kiçik bir əməliyyat sayılır. Ana ağrı hiss etməsin deyə yatırılır, sonra iynə ilə göbək ciyəsindən girərək, dölün qan dəyərlərini ölçürük və ona uyğun dəyərdə qan ötürürük”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar