Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xərçəngdən qoruyan ucuz məhsul

Tarix: 10-10-2017 10:08     Baxış: 3457 A- / A+
Xərçəngdən qoruyan ucuz məhsul

Duza qoyulmuş kələm qədim zamanlardan bir çox milli mətbəxlərində mövcuddur.

Manevr.az sağlamolun.az-ın məlumatına görə, bu ucuz və dadlı məhsul həmçinin nadir müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir.

Duzlu kələmin kimyəvi tərkibinə nəzər salaq. Burada çoxlu miqdarda C vitamini, fol tirşusu, nadir xöra əleyhinə U vitamini, B qrupu, K və P vitaminləri, kalium, kalsium, alma və süd turşuları, qidalı liflər və s. var. Nəzərə almaq lazımdır ki, bütün vitaminlər duzlu kələmdə çox yaxşı saxlanılır.

Duzlu kələm probiotik və prebiotik xüsusiyyətlərə malikdir ki, bu onu bağırsaqlar üçün əsl əvəzsiz məhsul edir. Qidalı liflərlə zəngin olan kələm bağırsaqları təmizləyir, bağırsaq mikroflorasını yaxşılaşdırır, bağırsaqlarda çürümə proseslərini azaldır, bağırsaqlara çox yaxşı antiseptik təsir edir. Bütün bunlar isə birlikdə bağırsaq xərçənginin inkişafının qarşısını alır.

C vitamini ilə zəngin olan duzlu kələm immun sistemini möhkəmləndirir, soyuqdəymə və qripp xəstəliklərindən qoruyun, damarların sağlamlığına müsbət təsir edir, orqanizmi cavanlaşdırır.

Duzlu kələmdə olan fol turşusu hamiləlik zamanı ən vacib maddədir. Fol turşusu döldə inkişaf qüsurlarının qarşısını alan təsdiq olunmuş vasitədir.

Duzlu kələmdə çoxlu B qrupu vitaminləri var. Bu vitaminlər sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

Duzlu kələmin tərkibində olan P vitamini və kalium ürək-damar sistemi üçün çox faydalıdır. Kalium ürək əzələsinin, P vitamini isə damarların sağlamlığını qoruyur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar