Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xəstəliyi deyil, xəstəni müalicə edən terapiya

Tarix: 06-10-2017 15:19     Baxış: 4430 A- / A+
Xəstəliyi deyil, xəstəni müalicə edən terapiya


Bioloji tənzimləyici terapiya xəstənin fərdi xüsusiyyətlərini əsas götürür və xəstəliyi deyil, xəstəni müalicə edir.

Bu barədə Axar.az-a Bioloji Təbabət klinikasından məlumat verilib.

Klinikadan bildirilib ki, Bioloji Sistemli Təbabət bioloji təbabətin ən yeni və effektiv üsullarını özündə birləşdirir. Bioloji Təbabət əsasən, insan orqanizmi bütov bir biosistem olaraq təbii özünütənzimləmə-adaptasiya, regenerasiya və özünüsağaltma qabiliyyətinə malikdir:

“Özünütənzimləmə orqanizmdə daim baş verən bioloji proseslərin tarazlıqda olması deməkdir. Uzun zaman təsir edən çoxsaylı səbəblər nəticəsində bu tarazlıq pozulur və fərdi xüsusiyyətlərdən asılı olaraq insanlarda müxtəlif xəstəliklər yaranır. Bioloji təbabət xroniki xəstəliklərin müalicəsində insanın özünütənzimləmə, müdafiə və sağaltma qabiliyyətini bərpa edir.
Bioloji təbabətdə müalicə üçün istifadə olunan dərman preparatlarının heç bir əlavə təsiri yoxdur. Çünki onların miqdarı insan orqanizmində olan bioloji prosesləri idarə edən bioloji maddələrin miqdarı qədərdir.

“Bioloji təbabət” klinikası fəaliyyətinin ilk günlərindən yüksək ixtisaslı alman həkimləri və alimləri ilə sıx əməkdaşlıq edir. Klinikada alman mütəxəssislərinin iştirakı ilə yerli həkimlər üçün müxtəlif seminar və mühazirələr təşkil olunur:

“2003-cü ildən başlayaraq, Azərbaycanın rayonları və Bakı şəhəri həkimləri üçün Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti tərəfindən “Biotənzimləyici sistemli təbabətdə istifadə olunan müalicə üsulları” mövzusunda ildə bir neçə dəfə nəzəri-praktik kurslar keçirilir. İndiyə qədər 5500-ə yaxın həkim bu kursları bitirib”.

Qeyd edək ki, kurslar 92 saat (Bakı şəhərinin həkimləri üçün), saat 15:00-dan 18:00-a qədər, 2 qrupda (1-ci qrup üçün – 1-ci, 3-cü, 5-ci; 2-ci qrup üçün – 2-ci, 4-cü, 6-cı günlər) keçirilir. Azərbaycanın rayonlarından gələn həkimlər üçün isə kurslar ildə bir neçə dəfə olmaqla həftə ərzində saat 9.00-dan-18.00-ə qədər baş tutur.

Ünvan: Bakı ş., 3 mkr, Pişəvəri 110 (Cavadxan küç. 24), Memar Əcəmi m. st. yaxınlığı. Telefon: (012,050,055,070) 430 89 89

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar