Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhlükəli xəstəliklərə işarə edən bel ağrısı

Tarix: 03-10-2017 07:57     Baxış: 4579 A- / A+
Təhlükəli xəstəliklərə işarə edən bel ağrısı


Bel ağrısı ən yayılmış şikayətlərdən biridir. Bel ağrısının səbəbləri çoxdur və müxtəlifdir.

Bəzən belə ağrı heç bir ciddi pozulmaya işarə etmir, bəzən isə çox ağır xəstəliklərin ilk simptomu kimi meydana çıxır.

Nə zaman bel ağrısına fikir vermək və həkimə müraciət etmək lazımdır?

Manevr.az Sağlamolun.az-a istinadən xəbər verir ki, bunu aydınlaşdırmaq üçün Amerika Dövlət sümük-əzələ İnstitutunun mütəxəssisləri pasiyentlər üçün xüsusi çek-vərəqə hazırlayıblar. Bu sənəddə həkimə müraciət etmək üçün ciddi səbəb yaradan bel ağrılarının simptomları sadalanıb.

1. Bel ağrısı sakit vəziyyətdə azalmır və insan ağrıdan gecə oyanır.

2.
4-6 həftə ərzində təkrarlanan eynitipli bel ağrısı, xüsusilə də bu zaman insanda çəki azalması müşahidə olunursa.

3. Qol və ya ayaqlarda keyimə, arabir sancma, zəiflik və başgicəllənməsi ilə müşayiət olunan istənilən növ bel ağrıları.

4.
Hərarətin yüksəlməsi ilə müşayiət olunan bel ağrısı.

5.
Adi, apteklərdə reseptsiz satılan ağrıkəsicilərin köməyi ilə kəsilməyən güclü bel ağrısı.

6. Qarın ağrısı ilə müşayiət olunan bel ağrısı.

7.
Sidik ifrazı zamanı problemlərlə müşayiət olunan sağ və ya soltərəfli bel ağrısı.

Bütün sadaladığımız hallarda insan mütləq həkimə müraciət etməli və lazım olan müayinələrdən keçməlidir.

Həmçinin 20 yaşa qədər olan insanlarda bel ağrısı da həkimə müraciət etmək üçün səbəb sayılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar