Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu vərdişlərdən uzaq durun - Böyrəkləri sağlam saxlamaq üçün

Tarix: 27-09-2017 22:57     Baxış: 6525 A- / A+
Bu vərdişlərdən uzaq durun
Düzgün qidalanmamaq bir çox hallarda daxili orqanlarımızın zərər görməsi ilə nəticələnir. Bu mənada, ən çox əziyyət çəkən daxili orqanlardan biri də böyrəkdir.

Böyrəkləri sağlam saxlamaq üçün bir çox zərərli vərdişlərdən çəkinmək lazımdır:

1. Artıq protein qəbulu normadan çox ammonyak hasil edir. Böyrək isə bunu neytrallaşdırmaq üçün daha çox çalışır və tədricən gücdən düşür.

2. Duzdan çox istifadə etmək böyrək çatışmazlığına səbəb olur.

3. Dehidrasiya (bədənin həddən artıq su itirməsi) halı bədəni quru saxlamaq üçün böyrəyin funksiyasını dayandırır. Böyrək normal işləmək üçün suya ehtiyac duyur. Buna görə də gündə təqribən 10 stəkan su içmək lazımdır.

4. Kifayət qədər su qəbul etdiyinizi bilmək üçün sidiyinizin rənginə baxmalısınız. Sidiyin rəngi sarı olmalıdır. Sidiyin rəngindəki fərqliliklər bəzi xəstəliklərin olmasından xəbər verir. Sidiyin rəngi tünddürsə, deməli, lazımi qədər maye qəbul etməmisiniz, açıq sarıdırsa, əksinə, çox maye qəbul etdiyinizi göstərir.

5. Siqaret qan damarlarının daralmasına və sərtləşməsinə səbəb olur ki, bu da böyrəklər daxil olmaqla, bütün orqanların qanla təchiz olunmasına mənfi təsir edir.

6. Həddən artıq alkoqol qəbulu qanda sidik turşusunun səviyyəsini artırır. Bu da böyrəklərdəki boruların tutulmasına və daş yaranmasına səbəb olur.

7. Ağrıkəsici dərmanların qəbulu xüsusilə böyrəklərə zərər verə biləcək yan təsirlərə səbəb ola bilər.

8. Qan təzyiqi və diabetə görə qəbil edilən bəzi dərmanların düzgün dozada və miqdarda qəbul edilməməsi böyrək çatışmazlığına gətirib çıxara bilər.

9. B6 vitamininin azlığı böyrək daşı riskini artırır. Bu vitamin əsasən günəbaxan tumu, püstə, noxud, balıq və nişastalı tərəvəzlərdə olur.unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar