Xəbər lenti
Bu üsullarla yağlı saçlardan xilas olacaqsınız - MARAQLI

Saç tipimiz saçlarımızın yağlanması və ya yağlı görünməsi məsələsində olduqca böyük rol oynayır.
Manevr.az bildirir ki, Saçlarınızın dilindən anlasanız, yağlanma müddətini uzada və ya əvvəlkinə nisbətən daha az yağlı görünməsini təmin edə biləsiniz. Məhz bu yolda sizə köməkçi olacaq üsullar var.
1.Saç kremini yalnız saç uclarına tətbiq edin
Saç kremini saçın bütün hissəsinə tətbiq etmək, saç diblərinin yağlanmasına səbəb olur. Saçlarınızın həm yumşaq, həm də yağlı görünməməsini istəyirsinizsə, saç kremini saçın yalnız uc hisəsinə tətbiq edin.

2. Uşaq kirşanı istifadə edin
Quru şampun istifadə etməkdən çox qədim üsullara üstünlük verirsinizsə, uşaq kirşanı tam sizə görədir. Eynilə quru şampun tətbiqi kimi saç dibinə tökün və barmaq uclarınız ilə xəfifcə yedirdin.

3. Quru şampun istifadə edin
Quru şampun, saç dibinizdəki yağı aradan qaldırmaqla kifayətlənməyib, saçın yağlı və parlaq görüntüsünü aradan qaldırır. Eyni zamanda, saçlarınızı hər gün yumaq məcburiyyətində hiss edəcək qədər yağlanma probleminiz varsa, quru şampun sayəsində bu problemdən xilas olacaqsınız.

4. Saçlarınızı tez-tez yumayın
Saç diblərinizi nə qədər tez yağından təmizləsəniz, o qədər qüvvətli bir şəkildə yağlanma probleminizi artırmış olarsınız. Bu hal saçların normal halından daha qısa müddətdə yağlanmasına səbəb olur.

5. Saçlarınızı çox daramayın
Saçları tez-tez darayan zaman saç diblərindəki yağ saçın bütün hissəsinə təmas edir.Bu hal da saçlarınızın qidalanmasını qarşısını alır.

6. Saçlarınızla oynamayın
Saçlarınızın yağlanmasının qarşısını almaq istəyirsinizsə, saçlarınızla oynamayın. Çünki barmaq uclarınız saç dib və yağ hüceyrələrini hərəkətə keçirəcək və yağlanmaya səbəb olacaqdır. ((Moderator.az))

Kamran
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar