Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qocalmağa səbəb olan 5 vərdiş

Tarix: 24-09-2017 07:31     Baxış: 4511 A- / A+
Qocalmağa səbəb olan 5 vərdiş


Hər kəs cavanlığa və gözəlliyə xidmət edən faydalı vərdişlərə yiyələnmək istəyir, lakin reallıq başqadır. Cavanlaşmaq əvəzinə biz özümüz özümüzü qocalığa və xəstəliyə yuvarlayırıq.

Manevr.az "qaynarinfo"ya istinadən xəbər verir ki, aşağıda sadalanan vərdişlərdən uzaq durmaq sağlamlığınız üçün faydalı olacaq:

Yuxusuz qalmaq

Hər gün gecə saatlarına qədər işləmək, səhər isə yenidən oyanıb işə getmək bu günün acı reallığıdır. Pul qazanmağa çalışırıq, lakin sağlamlığımızı xərcləyirik. İşdən qayıtdıqdan sonra yenidən müəyyən işlərlə məşğul oluruq. Nəticə olaraq gecə saat 12-dən tez yata bilmirik. Və bu halda da gözün altında qaralma, torbalanma olur. İnsanda xəstə siması yaranır. Bu səbəbdən də günü elə planlamaq lazımdır ki, yuxu normada olsun.

Kosmetikaya qənaət

Bəzən ucuz qiymətə aldığımız kosmetik vasitələr də dərimizə ziyan vuraraq bizi qocaldır. Kosmetika elə də vacib bir şey deyil. Ancaq mütləq istifadə etməlisinizsə, heç olmasa, yaxşılarını seçin. Pulunuz üçün sağlamlığınızı xərcləməyin.

Şirniyyat sevgisi

Şokolad, dadlı şirniyyatlar, tortlar, şirin içkilər qarşısında heç bir qadın tab gətirə bilmir. Şəkər heç kimin imtina edə bilməyəcəyi daddır. Ancaq ziyanlı tərəflərini görməzdən gəlirik. Qlyukoza tək bədən ölçülərinə deyil, üz dərisinə də mənfi təsir göstərir. Nəticədə daha qırışlı, bitkin dəri qazanmış olursunuz.

Dərini zədələmək

Demək olar ki, hər kəsdə olan bu vərdiş də üzümüzü qocaldır. Üz dərimizdə olan müxtəlif dərialtı ağ və qara civzələri sıxmaqla dərimizə çox böyük zərar vermiş oluruq. Dərialtı toxumalar bir daha bərpa ola bilməyəcək səviyyədə məhv olur. Buna görə də mümkün qədər bu vərdişdən imtina etmək lazımdı.

Elektronik cihazlardan istifadə

Texnologiyanın inkişaf etdiyi bir dövrdə demək olar ki, hər kəs gününün çoxunu telefon və kompüterlərdən istifadə edərək keçirir. Aldığımız şüalar həm dərimizə, həm gözlərimizə, həm də beyin funksiyalarına mənfi təsir göstərir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar