Xəbər lenti
Yaddaşınızı bu yolla “itiləyin” – Zehni gücləndirməyin asan üsulu
Günlük həyatınızda özünüzə tez-tez “bunu necə unutdum” sualını verirsinizsə, yaddaşınızı itirmək barədə düşüncəyə varmaq üçün tələsməyin.
Bu gün nəyi unutduğunuzu xatırlamağa çalışırsınız? Vacib bir toplantı yadınızdan çıxıb? Qapını bağlayarkən evin açarlarını unutmusunuz? Yaxud başınızın üzərində olan günəş eynəyini tapa bilmirsiniz? Qorxmayın! Çünki, bu da yaddaşınızı itirməyiniz anlamına gəlmir.
Kaloforniya Universiteti Hafizə və Yaşlanma Mərkəzinin neyropsixoloji üzrə mütəxəssisi Brayan Betçer yaddaşı kəskinləşdirməyin yollarından bəhs edib. Onun sözlərinə görə, iti yaddaşın ən asan formulu daima məşq etməkdir.
Yox, ağlınıza dərhal Arnold Şvartseneggerdən ilhamlanmaq gəlməsin. Bunun üçün, adi isinmə hərəkətlərini gündəlik rejiminizə daxil edin. Əzələlərin bu formada məşqi xatırlamaq bacarığınızın inkişafına da səbəb olacaq.
Belə ki, isinmə hərəkətləri sinir hüceyrələrinin nörotropik amillər olaraq bilinən zülallarının bədəndə ayrılmasına kömək edir. Nörotropik amillər daha sonra öyrənmək kimi funksiyaları gücləndirmək üçün kimyəvi maddələrin yaranmasına yol açır.
Bundan əlavə, beyninizi məşq etdirməyi də unutmayın. Mütəxəssisə görə, insanların yaxşı yaddaşa sahib olmaq üçün etməli olduqları ən vacib nüans beyindəki neyronlar arasındakı əlaqəni gücləndirməkdir.
Ancaq bunu edərkən asan zehni marşrutdan istifadə etməyin. Yeni bir dil seçin, sizi tənqidi düşünməyə təşviq edəcək bir film izləyin və ya gündəlik tapmaca həll etməyə çalışın.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar