Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadınların əhəmiyyət vermədiyi AĞRILAR - Bu 12 hal xərçəngin ƏLAMƏTİDİR

Tarix: 13-09-2017 21:24     Baxış: 3512 A- / A+
Qadınların əhəmiyyət vermədiyi AĞRILAR

Biz başa düşürük ki, xərçəng xəstəliyi haqqında danışmaq qorxuludur, amma onu vaxtında aşkar etmək və müalicəyə daha erkən başlamaq üçün məlumatlı olmaq vacibdir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xərçəngin simptomları digər xəstəliklərin əlamətləri ilə oxşar olduğu üçün onu vaxtında aşkar etmək asan olmur. Odur ki, orqanizmdə baş verən hər hansı dəyişikliklərə diqqət yetirmək lazımdır. Əgər siz hansısa öyrənilməmiş ağrı hiss edirsinizsə, həkimə müraciət edin!
Həkimlər qadınların əhəmiyyət vermədiyi xərçəngin 12 əlamətini tərtib edib.
1. Menopauza dövründə uşaqlıqda qanaxma
Qadınlarda hətta klimaks dövründə də bəzi hallarda qanaxma baş verir. Amma belə qanaxma birdən başlayırsa və menstruasiya dövründə olduğu kimi davam edirsə, bu, uşaqlıq xərçənginin erkən əlaməti ola bilər.
2. Sinə ölçüsünün və rənginin dəyişməsi
Sinənin qeyri-adi bərkiməsi süd vəzi xərçənginin dolayı əlamətləridir. Odur ki, bunu qadınlar özləri müstəqil şəkildə də aşkar edə bilər. Həmçinin digər dəyişikliklər də süd vəzi xərçəngi haqqında məlumat verir. Məsələn, sinə dərisi nahamardırsa, şiş varsa, tünd qırmızı və ya çəhrayı rəng alıbsa, onda bütün sadalananlar narahatlığa səbəb olmalıdır.
3. Qarın köpü
Demək olar ki, hər bir qadın qarın köpməsindən şikayətlənir, xüsusilə menstruasiyadan əvvəl. Amma köp aybaşından sonra da keçmirsə, yaxud da da daimi qəbzlikdən əziyyət çəkirsinizsə, bu, uşaqlıq və ya yumurtalıq xərçənginin əlamətləri ola bilər.
4. Anomal aybaşı və çanaq ağrıları
Əgər aybaşı daha ağrlı olubsa və siz aybaşıdan sonra da qan ləkələri görürsünüzsə, yaxud çanaq nahiyəsində ağrılar baş veribsə, transvaginal ultrasəs müayinəsi üçün həkimə müraciət edin. Həkim xərçəng xəstəliyinin olub-olmadığını öyrənmək üçün uşaqlıq və yumurtalıqlarını müayinə edəcək.
5. Xroniki öskürək
Əgər öskürək 3 həftə davam edirsə, onu soyuqdəymə və ya allergiya kimi hallar müşayiət etmirsə, bu, xərçəngin erkən əlaməti ola bilər.
6. Ürəkbulanma və mədə ağrısı
Mədə pozğunluğu son illərdə tez-tez rastlanan haldır. Amma qəfil ürək bulanması, mədə pozğunluğu baş veribsə və səhhətinizdə yaxşılaşma olmursa, bu zaman həkimə müraciət etmək lazımdır.
7. Tez-tez soyuqlama və infeksiyalar
Əgər siz əvvəllər nadir hallarda soyuqdəymədən əziyyət çəkmisinizsə, indi isə tez-tez xəstələnməyə başlamısınızsa, bu, leykoz erkən əlaməti ola bilər. Qan xərçəngi orqanizmi patoloji leykositlər istehsal etməyə məcbur edir. Bu, immun sistemini pozur.
8. Yeməyi çətinliklə udmaq
Boğazda ağrı udmanı çətinləşdirə bilər. Ancaq belə vəziyyət bir neçə həftə boyu davam edərsə, həkimə müraciət edin. Bu ümumi hal mədə və boğaz xərçənginin erkən əlamətidir.
9. Səbəbsiz göyərmə
Əgər bədənin qeyri-standart nahiyələrində göyərmələ müşahidə edirsinizsə, həyəcan qaldırmaq lazımdır. Yüngül əsassız göyərmələr də leykoz əlaməti ola bilər. Bu zaman qana oksigen daşımaq qabiliyyəti azalır, nəticədə qan laxtaları yaranır.
10. Stulda qan ləkəsi
Bu, yoğun bağırsaq xərçənginin əlaməti ola bilər. Yoğun bağırsaq xərçəngi xüsusilə 50 yaşlı insanlarda daha çox rast gəlinir. Odur ki, təcili həkim nəzarətindən keçin.
11. Dəridə dəyişiklik
Dəri xərçəngi xəstəliyin ən az yayılmış növlərindən biridir və onun erkən əlamətlərini tanımaq çətindir. Əgər xal və ya çilləriniz qaralırsa, onların ölçüləri artırsa onu yoxlamaq lazımdır.
Qəribə formada tünd ləkə melanoma əlaməti ola bilər. Xoşbəxtlikdən, bu növ xərçəng erkən mərhələdə adətən müalicə oluna biləndir.
12. Ağızda xora
Əgər ağızda və ya dilinizdə sağalmayan xəstəlik, ağ, qırmızı ləkələr görünməyə başlayıbsa, bu ağız boşluğu xərçənginin bəzi növlərinin əlaməti ola bilər. Bu simptomlar iki həftə ərzində davam edərsə, həkimə müraciət etmək lazımdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar