Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gülərüz meyvənin sirləri

Tarix: 12-09-2017 08:59     Baxış: 4456 A- / A+
Gülərüz meyvənin sirləri


Banan meyvəsi bir gülüşü xatırladır. Bu gülərüz meyvə bizim sağlamlığımız üçün çalışır. Bir bananın tərkibində 110 qr. kalori, 1 qr protein, 16% C vitamini, 29% B6 vitamini vardır.

Banan ürək üçün çox faydalıdır.

Bananın tərkibində potassium maddəsi vardır. Bu maddə ürəyi hifz etmək üçün zəruri olan maddədir. Eyni zamanda əzələlər üçün çox lazımlıdır. Onun sayəsində əzələlər hərəkət edir, maddələr mübadiləsi və ürək döyüntüləri nizamlı şəkildə işləyir. Əgər bu maddə az olarsa, qan təzyiqi aşağı düşər. Ona görə də gün ərzində bir dənə banan yeməyə çalışın.

Banan böyrəklərinizin və sümüklərinizin dostudur.

Manevr.az deyerler.org-a istinadən bildirir ki, potassium maddəsi həm də sümüklərimizə və böyrəklərimizə xidmət edir. Çünki əgər bədənimizdə potassium maddəsi lazımi qədər olarsa, kalsiumun bədəndən çıxmasına mane olar və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alar. Beləliklə sümüklər də, böyrək də sağlam olar.

Banan sizi xoş əhvallı edər.

Bananın tərkibində amin turşusu vardır və bir orta bananın tərkibində təxminən 10,6 ml amin turşusu vardır. Bu amin turşuları protein əmələ gətirir. Bu maddə serutunin maddəsinin ifraz olmasına səbəb olur. Bu da insana rahatlıq hissi gətirir.

Bananın qana təsiri.

Banan B6 vitamininin mənbəyi sayılır. Bu vitamin serutunin maddəsinin ifraz olmasına səbəb olar. Bundan başqa bu vitamin bədəndəki hemoqlobinlərin yaranmasına kömək edir. Bu vitamin qanda olan şəkəri də tənzim edir. Bir banan gün ərzində 20% B6 vitamininə ehtiyacımızı təmin edir.

Banan uşaqlar üçün faydalıdır.

Banan uşaqlar üçün çox faydalıdır və xüsusilə də ishalı olan uşaqlar üçün. Banan uşaqlara enerji verər. Yeyilməsi də uşaqlar üçün sadədir.

Banan şəkər xəstəliyi yaratmır.

İnsanların bir çoxu qanlarında olan şəkərin səviyyəsinə görə həmişə nigaran olurlar. Belə düşünürlər ki, bananda şəkər çoxdur. İnsanların bir çoxu almanı faydalı meyvə bilir, ancaq onu da bilmək lazımdır ki, banan da faydalı meyvədir. Siz rahat şəkildə ondan istifadə edə bilərsiniz.

Banan insanı o zaman kökəldər ki, onu yeyən zaman ifrat edəsən. Bir orta bananda olan kalori 100-dürsə, almada da təxminən bu qədərdir. Aralarındakı fərq çox deyildir.
Əlbəttə, bu deyilənlər ümumi insanlara aiddir. Əgər təsəvvür edirsinizsə ki, banan sizə ziyan vura bilər, yaxşı olar ki, yeməzdən əvvəl həkiminizlə məsləhət edəsiniz.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar