Xəbər lenti
Dabandakı çatlar bu ciddi xəstəliklərin başlanğıcıdır
Mükəmməl cavabdır. Müşahidələrimizdən də deyə bilərik ki, ən adi bir xəstəliyə laqeyd yanaşma sonluqda olduqca ağır nəticələrə səbəb olur.
Həmçinin, orqanizmdə baş verən ən kiçik dəyişiklik belə hansısa bir ciddi xəstəlik haqqında xəbərdarlıqdır. İnsanın keçirdiyi və məhəl qoymadığı adi narahatlıq hər hansı bir orqandakı problemə işarədir.
Tez-tez rastlaşdığımız narahatlıqdan biri də dabanlarda yaranan çatlardır. Bunun səbəbini bilmədən, həkimə müraciət etmədən bu xoşagəlməz halla bağlı insanlar kifayət qədər bəhanələrlə özlərinə təsəlli verirlər. Bunun səbəbini ya narahat və keyfiyyətsiz ayaqqabılarda, yaxud gün ərzində çox piyada gəzməkdə, ayaq üstə durmaqda görürlər. Təəssüf ki, bu cür fikirdə olanlar yanılırlar.
Dabanlarda çatların yaranma səbəbləri aşağıdakı xəstəliklərdən ola bilər:
Maddələr mübadiləsinin pozulması
Qalxanabənzər vəzin xəstəlikləri
Diabet
Qastrit
Yolxucu xəstəliklər
Dəri xəstəlikləri
Həmçinin, bu xoşagəlməz hala səbəb orqanizmdə A və E vitaminlərinin çatışmazlığı da ola bilər. Bunlarla yanaşı, artıq çəki, qan dövranında yaranmış problemlər dabanlarda çatların yaranmasına gətirib çıxarır.
Daban çatlarının yaranmasının başlıca səbəblərindən biri də ayaqlara vaxtlı-vaxtında qulluq göstərilməməsidir. O cümlədən, dar və süni dərilərdən tikilmiş ayaqqabılar da bu problemin ortaya çıxmasının əsas səbəblərindən biridir.
Profilaktik tədbir kimi həftədə 3 dəfədən az olmayaraq ayaq vannaları etmək lazımdır. Xüsusilə, sodalı vannalar daha effektli olur. Ayaq dərisini, dabanları yumşaq saxlamaq üçün xüsusi ayaq kremlərindən istifadə etmək də müsbət nəticə verir.
Amma bütün bunlardan əvvəl dabanlarda yaranmış çatların səbəbini aydınlaşdırmaq və bu səbəbi aradan qaldırmaq üçün həkimə müraciət olunmalıdır.(modern.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar