Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bütün zamanların ən faydalı bitki və qidaları (SİYAHI)

Tarix: 11-09-2017 10:11     Baxış: 4727 A- / A+
Bütün zamanların ən faydalı bitki və qidaları
"Time" jurnalı tarixin bütün dövrlərində orqanizm üçün ən faydalı olan 50 bitki və qidanın siyahısını dərc edib.

Manevr.az modern.az-a istinadən Tufts Tibb Mərkəzlərinin dietoloqlarının hazırladığı siyahıdan bəzi bitki və təamları təqdim edir:

1. Ghe yağı
- hind mətbəxində istifadə olunur. Dadlı və orqanizm üçün faydalıdır. Duzsuz kərə yağından əldə edilir. Mədə-bağırsaq xəstəlikləri, dəri və gözaltı qırışları aradan qaldırır, qan dövranının fəaliyyəti üçün çox faydalıdır;

2. Harissa sousu
- Mərakeş mətbəxinə aid olan həddindən artıq acı ədviyyatdır. Sousda bibər, zeytun yağı, sarımsaq və bəzi acı ədviyyatlardan istifadə olunur. Tərkibində xalestrol və şəkərin olmaması onun orqanizm üçün faydalılıq dərəcəsini artırır. İmmun sistemini gücləndirir.

3. Keçi pendiri
- başqa ev heyvanlarına nisbətdə keçi pendirinin yağlılığı az olur. Bu da onun üstün tərəflərindən biridir. Əvəzində keçi pendirində inək pendirindən xeyli çox dəmir var. Bir kiloqramlıq keçi südündün tərkibində cəmi 8 qram yağ, 22 milliqram isə xalesterol olur. Bu da həzm sisteminin inkişafına xidmət edir;

4. Hind qozu
- orqanizm üçün bir çox faydaları özündə cəmləşdirir. Tərkibindəki potasium əzələlərin inkişafına xidmət edir, əzələ yanmasının qarşısı alır. Bundan əlavə hind qozundakı maqnezium və fosforun da əlavə faydaları var. Lakin bu ünsürdən gün ərzində xüsusi rejimlə faydalanmaq lazımdır. Əks halda, əks nəticə verə bilər.

5. Ton balığı
- həftədə 200 qram ton balığı yemək ürək xəstəliyi riskini 36% azaldır. Bu balıqlardakı yağ orqanizmə müsbət təsir göstərir. Xüsusən də göz və bağırsaq xəstəliyinə faydalı olan "Omeqa 3" yağları həm də ürək-damar sisteminə və beynin sağlam fəaliyyətinə kömək edir.

6. Spirulina – Sağlamlıq üçün kifayət qədər dəyərli olan su yosunudur. Spirulina ürək problemləri və maddələr mübadiləsinin düzgün reaksiyasına çox kömək göstərən qidadır.

7. Limon - bu bitkinin faydalarından danışmaq artıqdır. C vitamini anbarı hesab edilən limon daxili və xarici xəstəliklər, ürək-damar sisteminin düzgün fəaliyyəti, qan dövranının aktiv fəaliyyəti üçün çox xeyirlidir. Tərkibində cəmi 1,5 qram şəkər, 0,2 qram protein var. Odur ki, ondan çox istifadə bədəndəki maddələr mübadiləsinin pozulmasına səbəb olmur.

8. Bənövşeyi kartof - antik dövrün qidası hesab olunur. Hətta onu adi insanlar və qullar yeyə bilməzdilər. Müqədəs hesab edilən bitki əsasən, Cənubi Amerikada bitir. Lakin son illərdə Avropada da istehsalı ilə məşğul olurlar. Yediyimiz kartofdan 10 dəfə faydalı hesab edilir.

Siyahının növbəti pillələrində olan bitki və qidalar bunlardır: manqo, çiyələk, böyürtkən, gilənar, Lahana turşusu, Meksika spagettisi, alma, pencər, gül kələm, balqabaq, kimçi sousu, zeytun, zəncəfil kökü və s.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar