Xəbər lenti
Aspirinin təhlükəli xüsusiyyəti aşkar edildi
Amerika alimləri aspirinin təhlükəli xüsusiyyətini aşkar ediblər. Onlar bildiriblər ki, aspirin yoğun bağırsaqda yeni bədxassəli törəmələrin inkişafının qarşısını almaqla bərabər, xərçəng hüceyrələrinin təkamül potensialını artırır.
Nəticədə preparatın təsirinə məruz qalmayan xərçəng hüceyrələri ilə müqayisədə belə hüceyrələr çoxsaylı mutasiyalara uğrayır. Belə çıxır ki, dərman vasitələrinə davamlı olan xərçəng hüceyrələrinin payı aspirin üzündən artır.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, alimlər laboratoriya eksperimentləri gedişində bu qənaətə gəliblər.
Tədqiqatların artan həcmi göstərir ki, beş il ərzində hər gün az miqdarda aspirin qəbul etmək gələcəkdə xərçəngin inkişaf riskini azaldır. Məsələn, yoğun bağırsaqda bədxassəli törəmələrin əmələ gəlməsi ehtimalı azalır.
ABŞ-da yaşlı əhalinin təqribən 50 faizi ürək-damar xəstəliklərinin profilaktikası məqsədi ilə hər gün 80-325 milliqram aspirin qəbul edir. Böyük Britaniyada bu göstərici 40 faiz təşkil edir.
Daha əvvəl amerikalı tədqiqatçılar bildirmişdilər ki, Alsheymer xəstəliyinin müalicəsində də aspirindən istifadə etmək olar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar