Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Üzdəki sızanaqların əlamətləri və müalicəsi

Tarix: 10-09-2017 08:27     Baxış: 4797 A- / A+
Üzdəki sızanaqların əlamətləri və müalicəsi


Demodekoz xəstəliyinə tutulan xəstələrdə cins məhdudiyyəti yoxdur. Həm qadınlar, həm də kişilər bu xəstəliyə bərabər sayda tutula bilirlər. Bu xəstəlikdə zədələnmiş nahiyə yalnız üz nahiyəsi olur. Demodekoz adi sızanaqları da xatırladır. Lakin bu diaqnozun qoyulması üçün əsas məsələ demodeks gənələrinin təyin edilməsidir.

Bu sözləri Axar.az-a üzdəki sızanaqlara və qızartılara səbəb olan demodeks gənələri haqqında danışan dermatoveneroloq Daşdəmir Baxşəliyev deyib. O bildirib ki, kirpik və yaxud qaşdan alınmış tükün mikroskopik müayinəsi zamanı demodeks gənəsi tapılarsa, bu xəstəliyin diaqnozu qoyulur:

“Demodekoz zamanı üzdə, yanaqlarda, kirpiklərdə, qaşlarda, qaş ətraflarında müəyyən sızanaqlara, dərinin yağlılığına və qızarmasına rast gəlirik. Onu da qeyd edim ki, bu xəstəliyə çox təsadüfü hallarda rast olunur. Demodekoz sızanaqlarla və digər dəri xəstəliklərləri ilə yanaşı gedir. Üz insanların əsas görkəmi olduğu üçün demodekoz xəstəliyi insanlarda kompleks yaradır. Cəmiyyətdən qaçırlar, öz peşə vərdişlərini yerinə yetirməyə çəkinirlər. Belə xəstələrin demək olar ki, çoxunda üzdəki piy vəziləri həddindən artıq piy ifraz edir. Bu gənələrin sevimli yerləri piy və tük folekullarının içidir. Piy vəziləri piy ifraz edən zaman bu gənələr yenidən canlanır. Xəstəlik zamanı dəri kobudlaşır. Bəzən xəstələr dayana bilməyib, üzdəki bu sızanaqları sıxırlar. Bu da sonda dəridə çapıqların əmələ gəlməsinə şərait yaradır”.

Dermatoveneroloq Daşdəmir Baxşəliyev demodekoz xəstəliyinin infeksiyon yoluxucu xəstəlik olmadığını bildirib:

“Bu gənələr bəzən tük və piy folekullarları arasında gizli həyat sürür. Gənələrin kəskinləşərək potegenləşməsi üçün şərait lazımdır. Buna ittihabı və üzdəki nəzərə çarpan patoloji xəstəlikləri göstərmək olar. Bu sızanaqlara cinsi yetişkənlik dövründə tez-tez rast gəlinir. Ümumilikdə isə bu

xəstəliyin yaş məhdudiyyəti olmur. Bu xəstəliyə immunitet sistemi zəiflədikdə, düzgün qidalanmadıqda, dəriyə düzgün qulluq etmədikdə, həzm traktının xroniki xətəliklərində, uzun müddət davam edən qəbzlik zamanı rast gəlinirik. Müalicədə tək xəstəliyin əlamətlərini deyil, xəstəni də müalicə edirik. İmmunitet sisteminin bərpasına yönəlmiş, bədənin özübərpa və özünümüadafiə funksiyalarının bərpasına yönəlmiş müalicə aparırıq”.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (012,050,055,070) 430 89 89

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar