Xəbər lenti
Analara məsləhət: süd artırmaq üçün – 12 qayda
Övladına ana südü verən xanım gün ərzində 3-3.5 litr maye qəbul etməlidir. Bunun ən azı 2.5 litrini su, qalan hissəsini isə şəkərsiz bitki çayları təşkil edə bilər.
Bunu pediatr Xəyalə Quliyeva süd artıran qidalardan danışarkən deyib. Onun sözlərinə görə, ana ilk olaraq stresdən uzaq olmalı, gündəlik yuxu rejiminə riayət etməli, həyəcan keçirməməlidir. Pediatr bu faktorların hamısının süd ifrazına təsir edərək onu azalda biləcəyini vurğulayıb.
X.Quliyevə həmçinin süd ifrazının artırılmasına şərait yaradan qida məhsullarının adlarını da bildirib:
1. Gün ərzində 3-3.5 litr maye qəbul edilməlidir. Bunun ən azı 2.5 litrini su, qalan hissəsini isə şəkərsiz bitki çayları təşkil etməlidir;
2. Yulaf - son illər aparılan çalışmalar göstərdi ki, dəmir defisiti olan analarda süd ifrazının azalması baş verir. Yulaf eyni zamanda, dəmir qaynağı ilə yanaşı, süd ifrazını da artırmaq xüsusiyyətinə malikdir;
3. Kök – tərkibində esterogen təsirli fitoestrogen vardır ki, bu da süd kanallarında süd ifrazını artıra bilir. Amma bunu çox istifadə etmək olmaz, çünki körpələrə güclü allergiya vermək qabiliyyətinə malikdir;
4. Razyana - süd artırmaqla bərabər körpələrdə infantil koliklərdə də yardımçı vasitə kimi istifadə olunur;
5. Düyü və arpa - tərkibində saxaritin olduğuna görə prolaktin hormonunu yüksəldərək süd ifrazını artırır;
6. Paxlalı bitkilər - bu bitkilər uşaqlarda infantil kolikin artmasına səbəb olduğu üçün bir qədər ehtiyatla istifadə edilməlidir;
7. Yaşıl yarpaqlı göyərti və tərəvəzlər: ispanaq, kahı, gül kələmi və s;
8. Sarımsaq - süd artırıcı xüsusiyyəti olsa da, qaz, allergik problemlərə və bəzən körpələrdə ananın südündən imtina hallarına səbəb olduğundan bir qədər ehtiyatlı olmaq məsləhət görülür;
9. Qoz, fındıq, badam - allergik vəziyyət nəzərə alınmaqla, gün ərzində 10-12 dənə istifadə edilə bilər;
10. Çörək otu, küncüt də süd artırmaq xüsusiyyətinə malikdir;
11. Quru halda xurma, tut, əncir süd ifrazını artırır;
12. Darçın - qidaya əlavə etməklə süd artımına səbəb olur.
Bunlarla yanaşı, gün ərzində kofe, yaşıl çay, qazlı sular, kola, fanta, spirtli içki içməkdən, siqaret istifadəsindən çəkinmək lazımdır. Bunlar süd ifrazını azaldır.(Axar.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar