Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xərçəng xəstələrinə şad xəbər var - Alimlərdən yeni kəşf

Tarix: 08-09-2017 14:43     Baxış: 3672 A- / A+
Xərçəng xəstələrinə şad xəbər var


Xərçəng əməliyyatlarında ən böyük risk həkimlərin xərçəng hüceyrələri ilə sağlam toxumalar arasındakı sərhədi düzgün təyin etməmələri olur. Ancaq yeni kəşf edilən “qələm” xərçəngli toxumanı 10 saniyədə ayıra bilir.

Manevr.az xəbər verir ki, Texas Universitetində mütəxəssis komanda tərəfindən hazırlanan qələm ölçüsündəki cihaz on saniyə içində xərçəngli toxumanı sağlam toxumadan ayıra bilib. Əldə daşına bilən “qələm” ağciyərlərdən, yumurtalardan, treoidlərdən və döşdən alınan xərçəngli toxuma və sağlam toxumalardan ibarət 253 insan toxuması üzərində yoxlanılıb.

Cihaz, sağlam hüceyrələrdən olduqca fərqli olan xərçəng hüceyrələrini müəyyən etmək üçün şübhəli yerə vurulub və ora kiçik su damcısı qoyulub. Canlı hüceyrələrdə olan kimyəvi maddələrin nüfuz etdiyi damcı qələm tərəfindən analiz edilmək üçün təkrar alınıb. Qələm böyüklüyündəki cihazın apardığı bütün işlər on saniyə içərisində həyata keçirilib. Cihaz daha sonra minlərcə kimyəvi maddəni eyni anda ölçə bilən spektrometrə ilişib. Spektrometr həkimlərin necə bir toxuma ilə qarşı-qarşıya olduqlarını göstərən kimyəvi barmaq izi istehsal edib. Böyük sensasiya yaradacaq “qələm” 96 faiz müvəfəqiyyət göstərib və mövcud texnologiyadan 150 qat aha sürətlə nəticə verib.

Elm adamları bu texnologiya ilə şişləri daha sürətlə götürmək imkanının olduğunu bildirib. Gələn il xərçəng əməliyyatlarında bu üsuldan istifadə edilməyə başlanılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar