Xəbər lenti
Azərbaycanlı cərrah cinsi bilinməyən uşağı oğlana çevirdi - AÇIQLAMA
Azərbaycanda qeyri-adi əməliyyat həyata keçirilib.
Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı və uroloqu mütəxəssis Fuad Hüseynov cinsiyyəti ayırd edilə bilməyən uşaq üzərində əməliyyat aparıb.
Həkim əməliyyat haqqında danışıb: “Rayonlardan birində doğulan, cinsiyyəti bəlli olmayan uşaqla bizə müraciət etdilər. Biz xromosom analizi etdik və uşağın oğlan (46 XY) olduğu müəyyən edildi. Cinsiyyət orqanı əyri, ölçüsü isə çox kiçik idi. Sidik kanalının dəliyi xayalığa keçən hissəyə açılırdı”.
Həkimin sözlərinə görə, uşağı 2 mərhələdə əməliyyat edib. Birinci əməliyyat 3 saat çəkməklə 10 aylığında, ikinci əməliyyat isə 1.5 yaşında 3 saat yarım olmaqla həyata keçirilib. “Əvvəlcə, sidik kanalı bərpa edildi, yəni “yama” qoyuldu. Daha sonra cinsiyyət üzvü bərpa olundu. Sidik ifrazı normal hala gətirildi”.
Həkim əlavə edib ki, hazırda uşağın vəziyyəti yaxşıdır və onun gələcəkdə ata olmasında heç bir problem olmayacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























