Xəbər lenti
İnfarktın və iflicin qarşısını alan dərman kəşf edildi - FOTO : TİBDƏ İNQİLAB-Foto

Təxminən 40 ölkədə 10 000 xəstənin 4 il müddətində izlənməsi ilə aparılan bir araşdırma iltihab əleyhinə istifadə edilən dərmanların infarkt və iflic riskini azaltmasını ortaya qoyub.
Araşdırmanı aparan mütəxəssislər sınaqlarda “canakinumab” adlı dərmandan istifadə edib.
Araşdırmaya qatılan xəstələrdə təkrar infarkt və iflic riskinin 15% azaldığı müşahidə edilib. Bununla da, bəzi elm adamları dərmanın təsir gücünü, əks təsirlərini və maddi dəyərini araşdırmağa başlayıb.
Araşdırmaya rəhbərlik edən Harvard Universitetinin Tibb fakültəsi doktoru Paul Ridker bu çalışmaların müalicə işində yeni bir istiqamət açacağını bildirib.

İngiltərənin Ürək Xəstəlikləri Vəqfi uzun müddətdir həyəcanla nəticələri gözlənilən araşdırmanın insanların həyatını qurtarmağa yardımçı ola biləcəyini bildirib.
Lakin bəzi mütəxəssislər “canakinumab” dərmanını qəbul edən çox sayda xəstədə ölümcül infeksiya və qan zəhərlənməsinə (sepsis) rast gəlib.
Standford Universitetinin Tibb fakültəsinin professoru Robert Harrinqton dərmanın əks təsirlərinin daha çox ola biləcəyini deyib. O, “canakinumab” adlı dərmanın mütəmadi olaraq xəstələr tərəfindən istifadə edilməsinin dərmanın qiymətinin aşağı düşməsinə heç bir təsiri olmayacağını da qeyd edib.(Publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar