Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həkim rəyi olmadan eynək satılmayacaq - YENİ QANUN LAYİHƏSİ

Tarix: 28-08-2017 08:41     Baxış: 3386 A- / A+
Həkim rəyi olmadan eynək satılmayacaq


Azərbaycanda həm optik, həm də gün eynəklərinin həkim məsləhəti olmadan satılmasına icazə verilməyəcək.

Milli.Az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı komitə tərəfindən "Optika haqqında" qanun layihəsinin ilkin variantı artıq hazırlanıb:

"Biz qanun layihəsini müvafiq nazirliklərə və təşkilatlara göndərəcəyik. Müsbət rəylər və hansısa təkliflər gəldikdən sonra onları nəzərə alacağıq. Payız sessiyasında bu məsələ komitəmizin gündəliyində olacaq. Ondan sonra yəqin ki, biz qanun layihəsini plenar iclasa tövsiyə edəcəyik"

Həkim rəyi olmadan eynək satılmayacaq


M.Quliyev vurğulayıb ki, bir çox ölkələrdə belə qanunlar var: "Azərbaycanda da bu sahədə qanunvericilik gücləndirilməlidir. Çünki söhbət təkcə gün eynəklərindən getmir, burada eyni zamanda optik eynəklərin keyfiyyəti, ölçüləri, yaş və xəstəlik xüsusiyyətləri önəmlidir. Xüsusilə yay mövsümündə hər kəs demək olar ki, eynəkdən istifadə edir, amma əksər istifadəçilər bilmir ki, o eynəklər gözə uyğundur, ya yox. Buna görə də belə bir qanunla hüquqi tənzimləmə vacibdir".

Deputat qeyd edib ki, optik eynəklər də, gün eynəkləri də həkim məsələhəti ilə alınmalıdır:

"Gün eynəklərini də hər kəs hər yerdə sata bilməz. Yaxud da mənşəyi məlum olmayan eynəklər satıla bilməz. Bunların hamısı qanun layihəsində əksini tapıb. Eynək satışı və idxalı ilə məşğul olan şəxslər müvafiq kurslar keçməli, ən azı, sertifikata malik insanlar olmalıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar