Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu xəstələr qırmızı əti rasiondan çıxarmalıdır - HƏKİM MƏSLƏHƏTİ

Tarix: 25-08-2017 16:20     Baxış: 3508 A- / A+
Bu xəstələr qırmızı əti rasiondan çıxarmalıdır


Qurban bayramına sayılı günlər qalıb. Belə ki, bayram günlərində hazırlanan təamların həddən çox kalorili olması bizi arzuedilməz problemlərlə qarşı-qarşıya qoya bilər.

Bayramda qoyun, quzu ətindən dadlı yeməklər hazırlanacaq. Mütəxəssislər deyir ki, bəzi xəstəliklərdən əziyyət çəkənlər bu günlərdə daha diqqətli olmalıdır.

Həkim dietoloq Amaliya Rəhimova metbuat.az-a açıqlamasında deyib:

“Qoyun ətinin fayda və zərərlərini tərəziyə qoysaq, hər bir qida məhsulunda olduğu kimi buna da birmənalı yanaşmaq düzgün deyil. Dahi Paraselsin dediyi kimi, “hər şey zəhər, hər şey dərmandır” və onun zəhər və ya dərman olması qədərindən, yəni dozasından asılıdır. Balanslı qida rejiminə riayət edən praktiki sağlam insan üçün qırmızı ətin, o cümlədən, qoyun ətinin müntəzəm deyil, vaxtaşırı qəbulu, heç bir zərər verə bilməz”.

Həkim əlavə edib ki, müəyyən xəstəliklər; revmatoid artrit, hipertoniya, ürək damar xəstəlikləri və s. zamanı qırmızı ətin rasiondan çıxarılması iltihabı xeyli azaldır, mümkün ola biləcək krizlərin qarşısını alır.

Qoyun ətinin faydaları nələrdir?


Quzu əti yüksək miqdarda proteinlə zəngindir. Gündəlik protein ehtiyacının 60.3 faizini qarşılayır. Qoyun əti isə dəmir qaynağıdır. Quzu əti həmçinin, maqnezium, kükürd və selenyum baxımından zəngindir. Quzu ətində olan yağın yarısı insan sağlamlığı üçün faydalı olan doymamış yağ turşusundan əmələ gəlir.

Gündə 100-150 qr quzu əti yemək sink ehtiyacının 40 faizini qarşılayır. B12 vitamini ilə zəngin olan qoyun əti anemiya (qanazlığı) xəstəliyinin qarşısını alır.

Qoyun ətinin zərərləri nələrdir?

Qoyun ətindən xörək hazırlayarkən çalışmaq lazımdır ki, ətin yağlı hissəsindən istifadə olunmasın. Belə olan halda qoyun ətindən istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq mümkündür.

Ehtimal olunur ki, qırmızı ətdə olan zəngin yağlar ürək sisteminin fəaliyyətinə mənfi təsir göstərir, emal olunmuş ətdə olan duz isə təzyiqin yüksəlməsi səbəbindən ürək xəstəlikləri riskini artırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar