Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan tibb tarixində bir ilk yaşandı - Video

Tarix: 20-08-2017 15:29     Baxış: 3442 A- / A+
Azərbaycan tibb tarixində bir ilk yaşandı


Azərbaycanda ilk dəfə çarpaz böyrək əməliyyatı icra olunub. Yəni, artıq yaxın qohum olmadan da donor olmaq mümkündür. Bu əməliyyat isə 2-4 saat ərzində həyata keçirilib. Əməkdaşımız Ömər Xıdırov əməliyyat olunan xəstələrlə görüşüb.

Azərbaycan tibb tarixində bir ilk yaşanıb. Həkimlər çarpaz böyrek köçürməsi əməliyyatını həyata keçiriblər. Cərrah Mircəlal Kazımi və onun komandası 4 əməliyyatı bir gündə həyata keçiriblər. Əməliyyat Şahmar Məmmədov,Vahidə Məmmədova,Vahid Bədəlov və Arzu Bədəlovanın üzəridə reallaşdırılıb. Şahmar Məmmədova, Arzu Bədəlovanın böyrəyi, Vahid Bədəlova isə Vahidə Məmmədovanının böyrəyi köçürülüb.

xəzər xəbər-ə istinadən bildirir ki, əməliyyat 2-4 saat aralığında baş tutub. Hazırda 2300-ə yaxın xəstənin 70 faizindən çoxu böyrək əməliyyatı olunması üçün namizətdir və onlar əsasəndə donor tapmadıqları üçün əməliyyat oluna bilmirlər. Ölkədə çarpaz böyrək əməliyyatına icazə verilməsi onlar üçün də ümid yaradır.

Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar istisna olmaqla başqalarının donor olmasına icazə verilmir. Amma çarpaz böyrək əməliyyatı ilə bu sahədə bir çox əməliyyata ehtiyacı olan şəxslərə köməklik etmək mümkündür.

Mircəlal Kazımi deyir ki, nəinki böyrək köçürməsi, eləcədə qaraciyər köçürməsi əməliyyatında da bu üsuldan istifadə etmək mümkündür. Digər tərəfdən böyrək nəqli üçün müraciət edənlərin də donorlarla birlikldə məlumat bazası formalaşdırırlır. Bu isə imkan verəcək ki, xəstələr və yaxınlarını uyğun donor axtarmaq prosesindən azad edəcək.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar