Xəbər lenti
Yaddaşı gücləndirmək üçün - 9 qayda
İlk baxışda qəribə görünsələr də, bu tapşırıqlar sizin həyatınıza bir çox yeniliklər gətirəcək, özünüzü daha yaxşı tanımağınıza kömək edəcək.
1936-cı ildə amerikalı yazıçı Doroti Brand özünün “Oyan və yaşa” kitabında beynin sürətlə işləməsi və zəkanın itiləşməsi üçün bir neçə maraqlı tapşırıqla çıxış edib.
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, bu tapşırıqlar sizə gündəlik və monoton həyat tərzindən uzaqlaşmağa, dünyanın yeniliklərlə dolu olduğunu göstərməyə xidmət edir. Doqquz bir-birindən maraqlı və qəribə tapşırıqları yerinə yetirdikdən sonra yaradıcılıq qabiliyyətinizin artdığını və fantaziyanızın genişləndiyini hiss edəcəksiniz.
1. Bir saat heç nə danışmayın. Yalnız birbaşa suallara cavab verin, amma ətrafınızdakı insanlara heç nə hiss etdirməyin. Özünüzü həmişəki kimi rahat və sakit aparın, heç kimə irad tutmayın, sizdən əlavə informasiya qoparmaq istəyənlərə fürsət verməyin.
2. 30 dəqiqə ərzində yalnız bir mövzu barədə düşünməyə çalışın. Çalışın ki, fikriniz yayınmasın.
3. 15 dəqiqə ərzində “mən”, “mənə” və “mənim” sözlərindən istifadə etməyin.
4. İnsanlarla dolu istənilən bir məkanın qarşısında dayanın və diqqətlə bu məkanın ölçülərini hesablayın.
5. İcazə verin, yeni tanış olduğunuz insan ancaq özü haqda danışsın. Bunu ona hiss etdirməyin. Nəzakətli davranın və müəyyən suallar verərək, ona tək olmadığını xatırladın.
6. Bir gün yalnız özünüz haqda danışmağa cəhd edin. Özünüzü tərifləməyin, şikayətlənməyin və ən əsası, həmsöhbətinizi darıxmağa qoymayın.
7. Özünüzə gündəlik və iki saatlıq plan qurun. Bu sərt qrafikə əməl etməyə çalışın.
8. Özünüzə 12 təsadüfi tapşırıq verin. Məsələn, heç bir nəqliyyat vasitəsindən istifadə etmədən evdən 20 kilometr uzaqlaşın. Və ya 12 saat yeməksiz qalmağa çalışın. Bütün günü bir kəlimə belə demədən keçirin, yalnız suallara cavab verin. Ya da bütün gecə yatmayın və işləyin.
9. Bütün gün ərzində verilən bütün suallara “hə” cavabı verin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar