Xəbər lenti
Təcili yardım məsələsi böyüdü: “Təzyiq göstərirlər, diqtə edirlər...”
Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım dövlət tərəfindən maliyyələşdiyindən vətəndaşlar bu xidmətdən ödənişsiz istifadə edirlər və edəcəklər.
Səhiyyə Nazirliyindən teleqraf.com-a verilən məlumata görə, 2015-ci il ərzində təcili yardıma daxil olan 614000-dən artıq çağırış araşdırılarkən hər bir çağırışa 100 manatdan artıq maliyyə vəsaitinin sərf olunduğu təsbit olunub:
“Əhali bəzən təcili yardıma ehtiyacın olmadığı hallarda 103 xidmətinə müraciət etməklə daha ağır vəziyyətdə və həqiqətən təcili tibbi yardıma ehtiyacı olan xəstələrə ilkin tibbi yardımın gecikməsinə səbəb olur. Sakinlər tərəfindən zəng edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə aid olmayan suallar verilir (ünvanlar, müəssisələrin telefon nömrələri, saat soruşulur), yalançı çağırışlar, bir gün ərzində eyni şəxsin adına bir neçə dəfə əsassız çağırışlar verilir ki, bu da təcili yardımın işinə ciddi maneələr törədir.
Ünvanlarda həkim və orta tibb işçilərinə təzyiqlər göstərir, onlara diktə edir, tələb irəli sürürlər. Bəzən elə vəziyyət yaranır ki, polis orqanlarından kömək istəməyə məcbur oluruq”.
Təcili yardıma aid olmayan çağırışların araşdırılması və bu çağırışları verən şəxslər barəsində müvafiq tədbirlərin görülməsi belə çağırışların qarşısının alınmasına yardım edilmiş olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar