Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Artıq çəkidən xilas olmağın daha bir yolu

Tarix: 17-08-2017 08:49     Baxış: 5418 A- / A+
Artıq çəkidən xilas olmağın daha bir yolu


Manevr.az AZƏRTAC-a istinadən metabolizmi sürətləndirən qida və mayeləri təqdim edir.

Zəncəfil- yeyinti sənayesində ətirli ədviyyat kimi istifadə edilir. Müalicəvi əhəmiyyətə malik zəncəfil mədənin həzmetmə üzvlərinin fəaliyyətini artırır, mədə-bağırsaq iltihabının və çürüməsinin qarşısını alır, metabolizmi sürətləndirir. Zəncəfilli xörəklər və zəncəfil çayı xroniki mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər üçün çox faydalıdır.

Acı bibər-tərkibindəki kapsaisin maddəsi ona acılıq verməklə yanaşı, bədən istiliyini yüksəldərək iştahanın azalmasına və toxluq hissinin artmasına, metabolizmi sürətləndirərək daha çox kalori yandırmağa kömək edir.

Yaşıl çay- metabolizmi sürətləndirir, maddələr mübadiləsini, yağ və yağ turşularının sorulmasını və qlükozanın səviyyəsini tənzimləyir. Tərkibindəki polifenol maddəsi toxluq hissini təmin edən hormonu artırır. Kofeinin yüksək miqdarına malik yaşıl çayın gündə 2-3 fincan içilməsi orqanizmin daha çox işləməsinə və kalori yandırmasına kömək edir.

Sirkə-xörəklərə sirkə əlavə etməklə orqanizmdəki karbohidratların sorulmasını ləngitmək və qanda şəkərin ani tərəddüdünün qarşısını almaq olar. Uzun müddət tox qalmağı təmin edir.

Qəhvə-qəhvə tərkibindəki kofein sayəsində maddələr mübadiləsinin sürətlənməsinə və artıq yağların əriməsinə kömək edir. Xüsusilə, idmandan 15-20 dəqiqə əvvəl içilən bir fincan şəkərsiz qəhvə idman zamanı orqanizmi daha da fəallaşdırır.

Qara istiot-tərkibindəki alkoloidpiperin maddəsi metabolizmi sürətləndirir. Yeməklərdə istifadə edilməklə həzm prosesini yaxşılaşdırmaq və duzla birgə orqanizmə daxil olan sodanın miqdarını azaltmaq mümkündür.

Darçın- qan şəkərinin səviyyəsini tənzimləyir. Xüsusilə, onun südün üzərinə əlavə edilməsi uzun müddət toxluq hissi yaradır, maddələr mübadiləsini sürətləndirir.

Süd-orqanizmə gərəkli olan zülal, yağ və karbohidratları ehtiva edən ən vacib qidalardan biridir. Tərkibindəki kalsium sayəsində qarın nahiyəsində yağları əridir. Süd və süd məhsulları uzunmüddətli toxluq hissi yaradır və arıqlamağa kömək edir.

Su-qəbizliyin qarşısını qalır, toxluq hissi yaradır, iştahanı azaldır, həzmə kömək edir, maddələr mübadiləsini sürətləndirir. Bəzi ekspertlər gündə ən azı 8 stəkan su içməyin vacibliyini məsləhət görürlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar