Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu qidaları yeyən uşaqlar daha ağıllı olur - FOTOLAR

Tarix: 17-08-2017 06:55     Baxış: 3439 A- / A+
Bu qidaları yeyən uşaqlar daha ağıllı olur


Hətta sizin uşaqlarınız həddən artıq yeməsə də, onların beyinləri faydalı qidanı sevir. Tərkibində faydalı maddələr, vitaminlər, yağ turşuları və omeqa-3 turşuları yüksək olan qidalar beynin sağlam inkişafını təmin edir. Bəzən uşaqlar o qədər seçici olur ki, analar uşaqları nə isə yedikdə sevinir. Ancaq alimlər uşaqların zehni üçün faydalı olan qidaların siyahısını açıqlayıb.
Manevr.az uşaqların beyni üçün faydalı olan qidaların siyahısını təqdim edir.
1. Qoz ləpəsi

Bu qidaları yeyən uşaqlar daha ağıllı olur


Qoz ləpəsi beyinə bənzəyirsə, deməli, beyin üçün faydalıdır? Belə deyil. Qoz ləpəsi omeqa-3 yağlarının ən gözəl mənbələrindən biri olduğu üçün xeyirlidir.
Bu yağlar beyni stimullaşdırır, nevroloji sisteminin inkişafına kömək edir. Bundan əlavə, qoz ləpəsi düşünmə bacarıqları təkmilləşdirən E vitamini ilə zəngindir.
2. Avokado

Bu qidaları yeyən uşaqlar daha ağıllı olur


Avokado təbii dərman bitkisidir. Məsələn, avokadonun tərkibində çox yaxşı yağlar var. Bu yağlar uşaq beyninin hərtərəfli inkişafı üçün lazımdır.
Ola bilsin ki, avokado əvvəlcə uşaqların (narahat olmayın, onlar avokadonun necə dadlı oluğunu böyüdükcə anlayacaq) xoşuna gəlməyəcək. Odur ki, avokadonu çörəyin üstünə yaxıb verib, ondan sendviç edin və ya sous kimi istifadə edin.
3. Alma
Bu qidaları yeyən uşaqlar daha ağıllı olur


Uşaqlar şirniyyatı sevir, odur ki, onlara faydalı məhsullar arasında şirin meyvələri yedirmək daha asan olur. Bütün meyvələr faydalıdır, amma alma xüsusilə, çünki onlarda beyin üçün faydalı antioksidantlar var.
Almada olan kverçetin əqli funksiyalarının pozulmasının qarşısını alır və uşaqlara fikrini toplamağa kömək edir. Səhər yeməyinə alma da əlavə edin ki, uşaq onları hər gün yeməyə adət etsin.
4. Ovsyanka (Yulaf yarması)
Bu qidaları yeyən uşaqlar daha ağıllı olur


Yəqin ki, siz də bilirsiniz ki, səhərlər şirin və quru yeməklər uşaqlara ziyandır, amma onlar üçün səhər yeməyi hazırlamağa vaxtınız yoxdursa, yulaf yarması əla alternativdir. Onu şirinləşdirmək olar, bununla belə qidalandırıcı dəyərini itirmir.
Yulaf yarması qanda olan zərərli xolesterini təmizləyir və beyin arteriyalarının ağzını açır və yaddaşın yaxşılaşmasına kömək edir. Əgər uşaq yulaf yarmasını yeməkdən imtina edirsə, onu rəngli giləmeyvə və meyvələrlə zənginləşdirin. Bu, ona daha cəlbedici görkəm verəcək.
5. Yumurta

Bu qidaları yeyən uşaqlar daha ağıllı olur


Uşaqlar üçün şəraitdən asılı olmayaraq, yəqin ki, ən yaxşı məhsul yumurtadır. O bütün orqanizmin sağlamlığını təmin edən ən faydalı qida məhsullarından biridir.
Xüsusilə onlar beyin üçün faydalıdır, çünki yumurta sarısı neyronlara (Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur) kömək edir. Yumurta sarısındakı asetilxolin hüceyrələrarası əlaqələri möhkəmləndirir və uşaqlarda yaddaş funksiyasını yaxşılaşdırır. Uşaqların əksəriyyəti yumurtanı sevirlər, amma bəzən onların hazırlanma qaydası xoşlarına gəlməyə bilər. Bu baxımdan yumurta universaldır, çünki onu bir çox üsullarda bişirmək olar.
6. Qatıq
Bu qidaları yeyən uşaqlar daha ağıllı olur


Qatıq uşaqlar üçün bir çox cəhətdən faydalıdır. O, zülal və kalsium ehtiva edir. Amma az adam bilir ki, qatıq həm də uşaq nevroloji sağlamlığı üçün faydalıdır. Qatıqda olan yaxşı yağlar beynin sağlam inkişafı üçün lazımdır.
Bundan başqa qatıqda olan bəzi maddələr sakitləşdirici təsirə malikdir. O, uşaq isterikasını azaldır. Qatığı meyvə ilə qarışdırın, onda sizin uşağınız hətta dondurma da istəməyəcək.
7. Göyərti
Bu qidaları yeyən uşaqlar daha ağıllı olur

İspanaq və brokkoli kələmi kimi yamyaşıl göyərtilərin tərkibində olan güclü antioksidantlar beyni zərərli sərbəst radikallardan müdaifə edir. Onlar həmçinin idrak qabiliyyətini yaxşılaşdırır və nevroloji funksiyalarının pozulmasının qarşısını alır.
Uşağa göyərti yedirtmək asan deyil, amma mümkündür. Əlbəttə ki, əgər məsələyə yaradıcı yanaşsanız. Uşaqlar gözləriylə yeyirlər, odur ki, açıq-yaşıl smuzi, ispanaq küküsü və kələm çipsiləri onları hətta iştaha gətirə bilər.
8. Qızıl balıq
Bu qidaları yeyən uşaqlar daha ağıllı olur


Balıqda da beyin üçün bütün faydalı maddələr var. Yağlı balıq növləri: qızılbalıq və skumbriya uşaq beyni üçün laızm olan omeqa-3-lə zəngindir.
Balıq yaddaşı möhkəmləndirir, əqli inkişafa kömək edir, eyni zamanda ona D vitamini daxildir. Uşağınızın daha ağıllı olması üçün ona balıq sendviçi və ya öz zövqünə görə başqa cür hazırlayıb yedirin.
9. Zeytun yağı
Bu qidaları yeyən uşaqlar daha ağıllı olur


Zeytun yağı beyin inkişafı üçün faydalı olan yağ turşularıyla boldur. Əgər siz bütün yeməkləri zeytun yağında qızartsanız, bu, bütün ailəniz, xüsusilə də uşaq üçün üçün faydalı olacaq.
10. Badam
Bu qidaları yeyən uşaqlar daha ağıllı olur


Əgər uşaqlıqda valideynləriniz sizə ağıllı olmağınız üçün badam yediribsə, onlardan nümunə götürməyə dəyər. Çünki badam beyin hüceyrələri istehsal edən zülal və yağ turşuları ehtiva edir.
Bundan başqa, badam uşağın idrak funksiyasını yaxşılaşdırır. Odur ki, övladınızın yaddaşının yaxşı olması üçün ona hər gün bir ovuc qoz verin.
Bu maraqlı siyahını dostlarınızla da bölüşməyi unutmayın.(Publikaq.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar