Xəbər lenti
Uşaqlarınızı ondan uzaq tutun -Zəhərli çiçək
Bir çox evlərdə difenbahya, yəni xalqa arasında “ağlayan çiçək” kimi tanınan bu bitkini görməyə vərdiş etmişik. Ona qulluq edir, su verir və yarpaqlarını əlimizlə yuyuruq. Amma aparılan araşdırmalara əsasən bu çiçəyin zərərli ola biləcək əlamətlərinin də mövcudluğu ortaya çıxıb. Belə ki, türkiyəli uşaq həkimi Ümid Sarıcısı bu ev bitkisinin xüsusən uşaq böyüyən evlər üçün təhlükəli olduğunu bildirib. Ailem.az mütəxəssisin bu çiçəyin təhlükələri haqqında fikirləri ilə sizi tanış edir. Həkim və qrupu tərəfindən aparılan araşdırmalara görə, difenbahyaya əllə toxunmaq və iyləmək belə, zərərlidir: “Difenbahyanın səbəb olduğu zəhərlənmə hallarında gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gələ bilər. Eyni zamanda, nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər də ortaya çıxır: “Buna görə də valideynlər uşaqlarına difenbahyaya uzaqdan baxmağı məsləhət görməlidirlər. İri yarpaqları və qalın gövdəsi ilə gözəl ev çiçəyi olan difenbahyaya qulluq etmək son dərəcə asandır. Eyni zamanda, tez böyüyən bitkidir. Olduğu mühitə uyğunlaşan difenbahya çiçəyi hər yerdə asanlıqla böyüyür və yetişir”.
Qeyd edək ki, bu bitki sürətli böyüyür, qısa zamanda çox yarpaq çıxarır. 200-ə qədər növü olduğu fərz edilsə da, elmə 56 növü məlumdur. Evdə difenbahya yetişdirmək istəyirsinizsə, bitkinin olduğu mühitin davamlı havalı və küləkli olmasına diqqət edin. Küləkli mühiti çox sevən difenbahya günəş almasa belə, olduğu mühitin işıqlı olmasını istəyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar