Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

50 yaşdan sonra arıqlamağın sirləri

Tarix: 09-08-2017 11:28     Baxış: 4524 A- / A+
50 yaşdan sonra arıqlamağın sirləri

İnsanın özünə qarşı diqqətli olması hər bir yaşda gözəldir. Bu məqalə 50 yaş ərəfəsində olan və arıqlamaq istəyən qadınlara aiddir. O qadınlara aiddir ki, onların yaşı artıb, amma yenə gözəl bədənə sahib olmaq istəyirlər. Əgər bu qadınlar hər şeyin onlar üçün gec olduğunu düşünürlərsə, o zaman arıqlamalarının da öz əllərində olduğunu bilməlidirlər. 50 yaş ərəfəsində olan qadınların çəkisinin artması bir-çox faktorlardan asılı olur. Arıqlamaq istəyən və yaşı 50 olan qadınlar əvvəlcə özlərinin psixoloji cəhətdən buna hazırlamalıdırlar.
Qadınların çoxu bu yaş dövründə arıqlayacaqlarına əmin olmurlar. Bu səbəbdən də onlar ətrafdakılardan kömək gözləyirlər. Bunun səbəbi isə onlarda özlərinə qarşı inamın olmamasıdır. İnamsızlıq isə bu yaşdan sonra arıqlamanın çətin olduğunu düşündükləri üçün baş verir.
50 yaşından sonra arıqlamağa başlamazdan əvvəl mütləq psixoloji hazır olmaq lazımdır. Çünki, arıqlamağa başlayanların əksəriyyəti yarı yoldan geri dönür, bu da çəkinin daha da artmasına səbəb olur.
50 yaşdan sonra arıqlamaq istəyən və arıqlayan qadınlara hamı heyranlıqla baxır. Bu səbəbdən də yaşınızın artmasından qorxmayın, özünüzü formaya salın və ətrafınızdakıları heyran qoyun.
50 yaşdan sonra arıqlamaq üçün qidalanma və içki rejimi necə təyin olunmalıdır. Hər şey qəbul edilən qidalarda və içilən içkilərin tərkibindən və miqdarından asılıdır. Arıqlamaq üçün gün ərzində ən azı 2 litr su içilməlidir. Qəbul edilən qazlı suların miqdarı tam azaldılmalıdır. Çay və kofe də mədə üçün məhlul sayılır. Təmiz su həzm sistemini normallaşdırır. Hər axşam yatmazdan əvvəl 1 stəkan otaq tempraturunda olan su içib yatmaq 50 yaşdan sonra insanın arıqlamasına yardım edir. Axşamlar su içmək mədəni dolduraraq aclıq hissinin aradan qalxmasına yardm edir. Düzdür bu qısa müddətli olur və sonra adam yenidən aclıq hiss edir. Bunun baş verməməsi üçün isə axşamlar su içmək və acmadan əvvəl tez yuxuya getmək lazımdır. 50 yaşdan sonra arıqlamaq istəyənlər aşağıdakı qidalardan imtina etməlidirlər:
* ağ çörək və bütün növ mayalı un məmulatları
* tünd köfe (ürək-damar sistemində problemlərin olmaması üçün), marketlərdə üyüdülmüş halda satılan kofelərin əksəriyyəti kimyəvi yollarla hazırlanır. Onlardan nə qədər az istifadə olunsa bir o qədər yaxşı olar. Hər gün kofe içmək orqanizmə zərərli kimyəvi maddələri daxil etmək deməkdir.
* konservləşdirilmiş balıq məhsulları, yağlı balıq növləri
* qızardılmış və qovrlmuş qidalar
* müxtəlif növ şirniyyatlar
Bu yaşda olan insanların hər günki qida rasionunda tərəvəzlərə və göyərtilərə bol yer verilməlidir. Bu onların bağırsaqlarının fəaliyyətini sürətləndirmək üçün çox vacibdir.
Arıqlamaq üçün 50 yaşdan sonra da gimnastika ilə də məşğul olmaq lazımdır. Düzdür bu yaşda cavan adamlar kimi idmanla məşğul olmaq olmaz, amma, bəzi fiziki fəaliyyətləri yerinə yetirmək lazımdır. Bunlara aşağıdakılar aiddir:
1. Hər səhər idman gəzintisi. Bu əzələlərin tonusunu yüksəldir, enerjini artırır və maddələr mübadiləsini yaxşılaşdırır.
2. Axşamlar təmiz havada piyada gəzinti
3. Yaşa uyğun olan gimnastika hərəkətləri
50 yaş və ondan yuxarı yaşı olan adamlar arıqlamaq istədikləri zaman səbirli olmalıdırlar. Çünki 20-35 yaşlarındakı adam bir ayda 2-4 kq arıqlaya bilirdisə, 50 yaşlarında olan adamlar bu çəkini 4-6 ay ərzində azalda bilirlər. Yəni yaş artdıqca arılamaq da çətinləşir.
Aşağıdakılara əməl edərək 50 yaşdan sonra arıqlamağın sürətini artırmaq və sağlamlığı bərpa etmək mümkündür:
* hər səhər acqarına bir stəkan su içmək
* tərkibində kalsium olan qidalar qəbul etmək
* gün ərzində az-az və tez-tez yemək
* düzənli olaraq gimnasika ilə məşğul olmaq
* yatmazdan əvvəl dizləri rafinəedilməmiş zeytun və ya günəbaxan yağı ilə silmək (dizlərdəki fiziki yükü aradan qaldırmaq üçün)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar