Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Övlad arzulayanlar bu qidaları yesinlər - SİYAHI

Tarix: 04-08-2017 19:05     Baxış: 4367 A- / A+
Övlad arzulayanlar bu qidaları yesinlər


Hazırda bütün dünyada sonsuzluq və qadınların hamilə qala bilməməsi problemi geniş yayılıb. Hormonal pozuntu, stress problemə səbəb olan başlıca amillərdəndir. Amma hamilə qalmaq üçün sağlam qidalanma faktoru da çox əhəmiyyətlidir.

Manevr.az lent.az-a istinadən sağlam şəkildə övlad sahibi olmaq istəyənlər üçün mütəxəssislərin tövsiyə etdiyi qidaları təqdim edir:

1. Avokado


Bu meyvə mükəmməl bir vitamin, lif, essensial yağı, mineral, protein və karbohidrat qaynağıdır. Xüsusilə E vitamini ilə çox zəngindir. Aparılan araşdırmalara görə, döllənmiş yumurtanın uşaqlığa bitişməsində böyük rolu var. Həmçinin fol turşusu ilə də zəngindir.

2. Balqabaq


Balqabaq yeyilə bilən ən sağlıqlı və faydalı tərəvəzlərdən biridir. Vitamin, mineral və lif qaynağıdır. Yaxşı bir antioksidantdır və tərkibində bol miqdarda beta karotin var. Bu isə progesteron hormonunun inkişafına kömək edir. Sperma sayını artırır və keyfiyyətinə yaxşı təsir göstərir.

3. Turp

Turp mükəmməl bir antioksidantdır. Tərkibində qan dövranını tənzimləyən nitrat olduğu üçün idmançılar tərəfindən də çox istifadə edilir. Bu xüsusiyyətinə görə süni mayalanma müalicəsi etdirənlərə bol miqdarda yeyilməsi məsləhət görülür.

4. Qızıl balıq


Qızıl balıq böyük bir protein və Omega-3 qaynağıdır. Araşdırmalar qadın doğumunda omeqanın yüksək səviyyədə olmasının çox əhəmiyyətli olduğunu göstərir. Ümumi sağlamlıq üçün də - ürək-damar, beyin və göz sağlamlığı üçün mükəmməl bir qidadır.

5. Yumurta


Yumurta çox bəsləyici və zəngin bir qidadır. Tərkibindəki kolin maddəsi cinsi inkişafa yaxşı təsir edir. Tərkibi vitamin, mineral və yağla zəngindir. Yumurta mükəmməl bir protein qaynağıdır.

6. Qoz


Qozun ən əhəmiyyətli xüsusiyyətlərindən biri prostat və döş xərçəngi riskini azaltmasıdır. Omega-3 və E vitamini baxımından zəngin olduğu üçün sperma keyfiyyətini də artırır. Gündə bir ovuc qoz yemək spermanın keyfiyyətinə və sayının artmasına səbəb olur.

7. Su tərəsi

Su tərəsinin tərkibində qluten yoxdur, həmçinin vitamin, mineral baxımından çox zəngindir. Bu bitki C, K, kalsium, beta karotin və yod ilə zəngindir. Həmçinin DNA zərərinin bərpası sayəsində anti-xərçəng xüsusiyyətləri var.

8. Nar


Nar başda vitamin C və K olmaq üzrə fol turşusu və digər minerallar baxımından da zəngindir. Anti-xərçəng xüsusiyyətləri var. Hətta qədim zamanlarda vərəm əleyhinə də istifadə olunmuşdur. Ürək-damar və sümük sağlamlığına yaxşı təsir edir. Çox olmamaq şərti ilə içilən nar suyu hamiləlik dövründə çox faydalıdır.

9. Quşqonmaz

Quşqonmaz zəngin bir vitamin qaynağıdır. Tərkibində bol miqdarda C vitamini və fol turşusu var. Yeməklərdə bol-bol istifadəsi məsləhət görülür. Həm qadın, həm də kişilərin reproduktiv sağlamlığına faydalıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar