Xəbər lenti 
					
 
		Şokolad həvəskarları insult riskinə daha az məruz qalırlar
ABŞ tədqiqatçıları bildirirlər ki, şokoladı və şokolad məmulatını sevənlər insult riskinə daha az məruz qalırlar.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, belə effekt şokolad tipli şirniyyatın tərkibindəki flavonoidlər hesabına əldə olunur. Şokolad yeyən zaman orqanizmə daxil olan maddələr damarları genişləndirir, trombları aradan qaldırır.
Mütəxəssislər bildirirlər ki, şokolad qan dövranını normallaşdırır. Flavonoidlər sayəsində insanın diqqəti artır, yaddaşı və reaksiya sürəti güclənir.
Şokoladın səmərəsini artırmaq üçün onu başqa məhsullarla, məsələn, alma, qırmızı şərab və ya çayla birlikdə yemək lazımdır. Amma onu tünd içki ilə qarışdırmaq məsləhət görülmür. Çünki spirt və qlükoza reaksiyaya girəndə orqanizmin fəaliyyətinə mənfi təsir göstərən zərərli maddələr əmələ gəlir. Şokoladın tərkibindəki faydalı maddələr insultla yanaşı, Parkinson və Alsheymer xəstəliklərinin yaranmasının qarşısını alır. Üstəlik, şokolad orqanizmdə stress yaradan kortizol maddəsinin əmələ gəlməsi prosesini xeyli ləngidir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















