Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qorxulu xəstəlik həyəcanı : Xəstəxanalar hazır vəziyyətə gətirildi

Tarix: 17-07-2017 18:31     Baxış: 3558 A- / A+
Azərbaycanda qorxulu xəstəlik həyəcanı


Azərbaycanla həmsərhəd dövlətlərdə, xüsusilə də İranda son zamanlar Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı vəziyyət gərginləşib. Bir neçə il əvvəl bu xəstəlik Gürcüstanda onlarla xəstənin ağırlaşmasına, iki nəfərin ölümünə səbəb olmuşdu. Xəstəliyin ən gərgin dövrü iyul ayı hesab edilir. Səhiyyə naziri Oqtay Şirəliyev xəstəliyin qarşısını almaq məqsədilə “Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Həkimlər məlumatlandırılıb, xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.
Bəs xəstəliyin Azərbaycana keçmə ehtimalı nə qədərdir? Krım-Konqo hemorragik qızdırma xəstəliyinin əlamətləri hansılardır?
Manevr.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva virtualaz-ın suallarını cavablandırıb.
Şöbə müdiri Səhiyyə nazirinin əmri ilə Dövlət Karantin Müfəttişliyi tərəfindən sərhəd-keçid məntəqələrində tibbi müşahidə gücləndirildiyini deyir: “Yüksək hərarətli xəstənin dərhal hospitallaşdırılması və nəzarətə götürülməsi tapşırılıb. Belə xəstələrdən analizlər götürülərək Respublika Taun Əleyhinə Stansiyaya göndərilməlidir. Yalnız analizlərin nəticələrinə uyğun dəqiq diaqnoz qoymaq mümkündür. Amma analizin nəticələri bəlli olana qədər xəstə müşahidə altında saxlanılmalıdır.
Tibb müəssisələri bir-biri ilə əlaqələnmiş şəkildə işləyir. Şübhəli şəxs və ya xəstə aşkarlanarsa, onların yerləşdirilməsi üçün 2 tibb müəssisəsi ayrılıb. Böyüklər Klinik Tibbi Mərkəzə, uşaqlar isə 1 saylı yoluxucu xəstəliklər xəstəxanasına yerləşdiriləcək. Bu xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, həkimlər, tibb heyəti məlumatlandırılıb”.
E.Əliyeva indiyədək Azərbaycanda Krım-Konqo xəstəliyinin aşkarlanmadığını və sərhəd-keçid məntəqələrində yoxlamalara başlandığı gündən indiyədək bu xəstəliyi daşıyanın qeydə alınmadığını bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar