Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaq zəhərlənibsə, nə etməli? - Yardım

Tarix: 14-07-2017 08:25     Baxış: 5633 A- / A+
Uşaq zəhərlənibsə, nə etməli?


Dərman, kimyəvi vasitələr və s. ilə zəhərlənmə hallarına uşaqlar arasında tez-tez təsadüf edilir.

Manevr.az xəbər verir ki, bu səbəbdən belə bədbəxt hadisələrin profilaktikası olduqca önəmlidir.


Evdə uşaq üçün potensial təhlükə yaradan hər bir şey (məişət kimyası, kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və s.) uşağın əli çata bilməyən yerlərdə saxlanılmalıdır!

Simptomlar

Uşaqlar tez-tez dərmanlardan zəhərlənirlər. Bunu siz uşağın davranışından şübhələnə bilərsiniz - aktiv və şən olan uşaq birdən-birə əzgin, yuxulu və ya əksinə həddən artıq oyanıqlı, həyacanlı olur, uşaqda, qıcolmalar, huşunun itirilməsi, hətta koma inkişaf edə bilər.

Otaqda səpələnmiş dərmanları gördükdə, uşaq özü sizə bir neçə dərmanı "yediyindən" xəbər verdikdə, mütləq "təcili yardım" çağırın. Hətta uşaqda heç bir zəhərlənmə əlaməti yoxdursa və uşaq özünü adi hallarda olduğu kimi aparırsa, onu mütləq həkim müayinə etməlidir. Ola bilər ki, dərman hələ qana sovrulmayıb və öz mənfi təsirini uşağa göstərməyib.

Bəzən böyük uşaqlar səhvən, kiçik uşaqlar isə hər şeyə maraq göstərmək adətindən hər hansı bir kimyəvi maddəni (təməzləyici vasitələr, benzin, sirkə, spirt və s.) içə bilərlər. Bu halda uşaqda ağız suyunun artması, ağızın selikli qişasının və üzün qızarması və ya yanması, qusma kimi simptomlar meydana çıxır. Dərhal “təcili yardım” çağırın.

Yardım

Dərmanlardan, həblərdən zəhərlənmə zanmanı ilk tibbi yardım məqsədi ilə uşağın mədəsini mümkün qədər tez yumaq lazımdır.

Bunun üçün uşağın yaşından asılı olaraq ona 1-3 stəkan qaynadılmış soyuq su verin, sonra isə uşağın ağzını açaraq, steril tənzif dolanmış 2 barmağınızı (qaşıq, şpatel) onun dilinin kökünə sıxın. Cəld və dəqiqliklə hərəkət edin. Dilin kökünə təzyiq etməyiniz nəticəsində uşaqda qusma baş verəcəkdir. Uşağı qarnı aşağı olmaqla və başı önə sallanmaqla dizlərinizin üstünə və ya yatağa qoyun və qusma qurtarana qədər bu vəziyyətdə saxlayın. Sonra uşağa təkrarən su içirtməklə yenə də qusma refleksini yaratmağa çalışın. Bunu uşağın mədəsindən təmiz su çıxana qədər davam etdirmək lazımdır.

Qusuntu kütlələrini atmağa tələsməyin: çünki onlar, məsələn, uşağın zəhərləndiyi dərman məlum olmadığı halda, onun hansı dərmanı udduğunu müəyyən etmək üçün laborator müayinəsinə göndərilməlidir.

Mədənin yuyulmasından sonra uşağa sorbent preparatlardan birini (smekta, polifepam, polisorb, aktivləşdirilmiş kömür) vermək lazımdır. Hər hansı səbəbə görə ()qorxursunuz, uşaq ağlayır və s.) uşağın mədəsini yuya bilməmisinizsə, ona mütləq sorbent verin.

DİQQƏT! Uşaq benzinlə, sirkə, "perekis" və s. turşu və qələvilərlə zəhərlənmiş olarsa, heç bir halda qusma refleksini yaratmaq olmaz! Qusuntu kütləsi qida borusunu təkrarən yandıra, hətta deşə bilər!

Belə vəziyyətdə uşağı sakitləşdirmək, ½-1 stəkan soyuq su (ondan başqa heç nə!) vermək lazımdır. Bu mədədə olan zəhərin durulaşmasına və qana sovrulmasının ləngiməsinə kömək edəcək! Əgər uşaq döş sümüyü arxasında və ya qarnında kəskin ağrının olmasından (mədənin və ya yemək borusunun tamlığının pozulmasına şübhə yaradır) şikayət edirsə, ona su vermək olmaz!

1 yaşına qədər olan uşaqlarada isə ümumiyyətlə, heç bir halda qusma refleksini yaratmaq olmaz – bu zaman onlar boğula bilər! Onların mədəsi yalnız xəstəxanada zondla yuyulmalıdır.

İstənilən yaşda olan uşaq huşsuz vəziyyətdə olduqda, onda süni şəkildə qusma refleksini yaratmaq olmaz. Huşsuz vəziyyətdə olan uşağı böyür üstə qoymaq lazımdır ki, qusma baş verdikdə, uşaq boğulmasın.

Zəhərlənmiş uşağın mədəsini yaxşı yuduğunuza əmin olsanız belə, heç bir halda, həkim tərəfindən müayinə olunana qədər ona yemək və ya süd, şirə və s. verməyin. Çünki bu mədə şirəsinin ifraz olmasına, nəticədə isə zəhər qalıqlarının da mədədən tez bir zamanda sovrulmasına səbəb olacaq.

Zəhərlənmiş uşağa ağrıkəsici dərman vermək, qarının üzərinə isti və ya soyuq kompress, "qrelka" qoymaq olmaz.

Hətta uşağınıza lazım olan yardım göstərmisinizsə, onu mütləq həkimə göstərin. Bəzi dərmanlar gecikmiş təsir göstərə bildiklərindən, zəhərlənmədən bəzən bir gün, bəzən isə daha çox müddət keçdikdən sonra, uşaqda böyrəklərin, qara ciyərin fəaliyyətinin dayanması, korluq və s. bu kimi ağır əlamətlər meydana çıxa bilər.(Sağlamolun.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar