Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu xəstəliklərdən əziyyət çəkənlər, evdən çıxmayın - HƏKİM MƏSLƏHƏTİ

Tarix: 11-07-2017 21:38     Baxış: 4594 A- / A+
Bu xəstəliklərdən əziyyət çəkənlər, evdən çıxmayın


“Yayın qızmar günlərində şəkərli diabet, ürək-damar sistemi, qalxanvari vəzi və yüksək qan təzyiqi xəstəliklərindən əziyyət çəkən xəstələr daha diqqətli olmalıdır”.

Manevr.az bildirir ki, bunu metbuat.az-a açıqlamasında həkim-terapevt Failə Axundova deyib: “Havaların kəskin istiləşməsi birbaşa qan dövranına təsir edir. Təzyiqin artması ilə qan dövranı pozula bilər. Bu hal 5 yaşından kiçik və 65 yaşdan böyük insanlar üçün qorxuludur. Buna səbəb isə uşaqlarda su tutumunun azlığı və hərəkətdə olduqları üçün tərləmələri, yaşlılarda isə su-duz mübadiləsi pozğunluğudur”.

Həkim əlavə edib ki, qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlər isti havalarda çöldə olmamağa diqqət etməlidir. Əks halda belə xəstələrdə ürək döyüntüləri artır, sinədə ağrılar baş verir.

Həkim terapevt yayda şəkər xəstələrinin qidalanmalarına xüsusi diqqət etmələrini vurğulayıb: “Yay fəslinin sevimli meyvələrindən olan qarpız və yemişin qlisemik indeksi yüksək olduğundan, diabet xəstələrində qan şəkərinin yüksəlməsinə səbəb olur. Diabet xəstələri isti yay günlərində qidalanmalarına daha çox diqqət etməli və günorta saatlarında günəşli yerlərdə olmaqdan çəkinməlidir.

Həkim əlavə edib ki, hər kəs günün isti saatlarında günəş şüalarından qorunmalıdır: “10:00 və 16:00 arası məcbur qalmadıqca çölə çıxmayın, əks halda günvurmaya məruz qala bilərsiniz”.

Gün içində mümkün olduqca günəş altında olmaq əvəzinə ev, bina və ya ofis içərisində qalmağınız daha məsləhətdir. Evdə kondisionerdən istifadə edin, amma bu zaman da ehtiyatlı olmaq lazımdır. Kondisionerdən də birbaşa istifadə etmək allergik və bronxit xəstələrə pis təsir edir. İsti yay günlərində maye qəbulu çox önəmlidir. Gün boyu ən azı 2,5-3 litr su içilməlidir. Yağlı yeməklərdən uzaq durun.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar