Xəbər lenti
Faydalı məlumat Hər 1 saatdan bir 1 stəkan su için – İNANILMAZ NƏTİCƏ!
Alimlər hər 1 saatdan bir 1 stəkan su içməyi tövsiyə edirlər. Xüsusilə bu isti havada vacibdir. Bu sadə qaydaya əməl etməklə siz özünüzü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilərsiniz.
Ən yaxşı seçim dükanlarda plastik butulkalarda satılan təmiz qazsız və şəkərsiz sudur. Bu mümkün olmadığı halda qaynanmış sudan istifadə edə bilərsiniz. Su çox qaynamamalıdır, ilk qabarcıqlar əmələ gələn kimi çaydanı oddan götürün. Qaynanmış suyu 12 saatdan artıq saxlamayın.
Suyu asta-asta kiçik qurtumlarla içmək lazımdır. Çox soyuq su içmək olmaz. Bununla siz sağlamlığınıza yalnız ziyan vura bilərsiniz.
Hər zaman yanınızda su saxlayın. Çölə çıxdıqda özünüzlə mütləq 1 butulka su götürün.
Hər 1 saatdan bir 1 stəkan su içməyin MÜHÜM FAYDALARI:
1. Arıqlama
Bu qaydaya əməl etməklə siz artıq çəkidən xilas ola bilərsiniz. Su iştahanı azaldır, mübadilə proseslərini sürətləndirir. Bunlar isə arıqlamağa kömək edir.
Bundan əlavə suyun tərkibində kalori yoxdur. Bu səbəbdən şirin qazlı içkiləri, şirələri və s. təmiz su ilə əvəz etməklə siz daha az kalori qəbul edəcəksiniz.
2. Sağlam ürək və damarlar
Amerika alimlərinin 6-illik araşdırması göstərib ki, gün ərzində 5 stəkandan az olmayaraq təmiz su içən insanlarda ürək-damar xəstəliklərinin inkişafı riski 40% azalır.
Suyun kifayət miqdarda qəbulu qanı duruldur, qan damarlarda daha sərbəst dövr edir ki, bu da ürəyə və damarlara olan gərginliyi azaldır.
Lakin bu sağlam insanlara aiddir. Bəzi ürək-damar sistemi xəstəlikləri zamanı həkimlər əksinə suyun miqdarını azaltmağı tövsiyə edirlər.
3. Gümrahlıq
Susuzlaşma insanı yorğun, zəif edir. Bu səbəbdən özünüzü hər zaman gümrah hiss etmək istəyirsinizsə, su için.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar