Xəbər lenti 
					
 
		Yeni doğulmuş 85 uşaqda ürək-damar çatışmazlığı var

“Səhiyyə Nazirliyinin Rostropoviç Fondu ilə birgə həyata keçirdiyi proqram çərçivəsində pilot müəssisə kimi Respublika Perinatal Mərkəzində 4 ay ərzində 275 yeni doğulmuşda skrininq (profilaktik müayinə) aparılıb. 85 uşaqda ürək-damar çatışmazlığı, 30 halda isə anadangəlmə ürək qüsuru aşkarlanıb”.
Bunu Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Nazirliyin kollegiya iclasında çıxışı zamanı deyib.
Komissiya sədri bildirib ki, ana ölümü göstəricisinin 2007-ci illə müqayisədə 2016-cı ildə 35,5 promilledən 13,8 promilleyədək azalıb: “Tənəffüs pozulma sindromundan ölüm səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq, 2015-ci ildə 10,9 faiz, 2016-cı ildə 8,4 faiz təşkil edib”.
S. Məmmədova qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq, 2016-cı ildə əvəzedici surfaktant terapiyanın və yeni respirator dəstək texnologiyaların geniş tətbiqi nəticəsində ekstremal az çəkili 295 yeni doğulmuşdan 135-ni xilas etmək mümkün olub.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 














