Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yorğunluğunuzun səbəbini boşqablarınızda axtarın - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN

Tarix: 07-07-2017 08:01     Baxış: 3430 A- / A+
Yorğunluğunuzun səbəbini boşqablarınızda axtarın


Yorğunluq, xüsusilə qida qəbulundan sonra süstlük kimi hallarla tez-tez rastlaşırıq. Heç bir fiziki və zehni əməklə məşğul olmadan, ən əsası, gecənin normal istirahətindən sonra belə xoşagəlməz hallar yarananda səbəbini heç cürə aydınlaşdıra bilmirik.

Manevr.az bildirir ki, modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı məhz bu mövzu ilə bağlıdır.

Yuxu pozğunluğu, fiziki və zehni gərginlik olmadan insan yorğunluğunun əsas səbəbi düzgün qidalanmamaqdır. Bəzi qida məhsulları və içkilər var ki, onlar insanın həyat gücünü, enerjisini alır, yorğunluğa səbəb olur.

1. Un və makaron məmulatları.
Bu qida məhsullarında olan yanlış düşündüyümüz “tez mənimsənilən” karbohidratlar qanda qlükozanın səviyyəsinin kəskin artımına gətirib çıxarır. Bu da öz növbəsində, səhhətinin və əhval-ruhiyyənin sürətlə dəyişməsi təhlükəsini yaradır, süstlüyə səbəb olur.

2. Alkoqollu içkilər.
Spirtli içkilər orqanizmdə susuzluq yaradır. Maye qəbul edilsə də, orqanizmin suya tələbatının təmin olunması çətinləşir. Bununla yanaşı orqanizm alkoqolun qalıqlarını çıxarmaq üçün də əlavə enerji sərf edir. Son nəticədə bir-iki saatlıq sərxoşluqdan sonra orqanizm enerji itkisi ucbatından taqətdən düşür, yorulur, süstləşir.

3. Duz.
Duzdan artıq istifadə etmək də spirtli içkilər kimi mənfi təsir göstərir. Duz hüceyrələrin quraqlığına səbəb olur ki, bu da orqanizmin fəaliyyətində gərginlik yaradır. Həmçinin duzun yaratdığı susuzluq yorğunluq və süstlüklə nəticələnir.

4. Qızardılmış yeməklər.
İstənilən qida məhsulu qızardılmış halda orqanizm tərəfəndin çətin mənimsənilir və gec həzm olunur. Bunun nəticəsində də əlavə enerji sərf olunur. Qızardılmış yeməklərin qəbulundan sonra yaranan süstlüyün səbəbi də elə budur.

5. Sirniyyat.
Şirniyyat məmulatları qanda qlükozanın səviyyəsini artırır, tez bir zamanda orqanizmə hədsiz doyum təsiri göstərir ki, bu da yorğunluq yaradır, süstlüyə səbəb olur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar