Xəbər lenti
Azərbaycanlı alimlər xərçəngə qarşı yeni dərman maddələri HAZIRLADI
Azərbaycanlı alimlərin yeni dərman maddələrinin İtaliyada klinik sınaqları aparılacaq.
Manevr.az turkustan.info-ya istinadən xəbər verir ki, AMEA-nın Aşqarlar Kimyası İnstitutu (AKİ) respublikanın əczaçılıq sənayesinin inkişafı məqsədilə dünyanın aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara start verib.
İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, hazırda İtaliyanın Florensiya, Türkiyənin Atatürk, Səudiyyə Ərəbistanının Kral Səud universitetlərinin alimləri ilə birgə “Fizioloji fəal maddələrin sintezi və tədqiqində yeni yanaşmalar” adlı tədqiqatlar aparılır: “AKİ-də maddələr sintez edildikdən sonra Türkiyə və İtaliyaya göndərilir. Orada mərhələli şəkildə həmin maddələrin antioksidant və fermentativ təsirləri araşdırılır. Analizlərin ilkin nəticələri müsbətdir. Aldığımız maddələr bədxassəli şişlərə səbəb olan neqativ proseslərə yüksək inhibitor təsir göstərir. Belə ki, bu maddələr qeyd olunan xəstəliklərdə standart dərman kimi tətbiq olunan tokoferol və alfa-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir”.
Nəticələr İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) Biomolekulyar və Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətini cəlb etdiyi üçün Aşqarlar Kimyası İnstitutunun alimləri ilə birgə tədqiqatlar həyata keçiriləcək, yeni dərman maddələrin klinik sınaqları aparılacaq.
Qeyd edək ki, artıq AKİ-nin alimləri AMEA və İMTŞ arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2018-2019-cu illər üçün elan olunmuş müsabiqəyə layihə təklifi göndərib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar