Xəbər lenti 
					
 
		Azərbaycanda narkomanların sayı açıqlandı - SON STATİSTİKA

Bu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, Respublika üzrə 2017-ci ilin 6 ayı ərzində ekspertizadan cəmi 1089 nəfər keçib. Onlardan 657 nəfərə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 21 nəfərdir, onlardan 16 nəfərin müalicəsi hazırda davam edir.
Respublika Narkoloji Mərkəzində 2017-ci ilin 6 ay ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinələrdən 11952 nəfər keçmişdir. Onlardan 715 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 402 nəfərdə aşkarlanıb..
2017-ci ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzində 1650 nəfər müalicə almışdır. Onlardan 613 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1028 nəfəri “Opioidlərin qəbulunəticəsində psixi və davranış pozuntuları” (F11), 9 nəfər isə digər diaqnozları ilə müalicəyə qəbul edilib.
Respublika Narkoloji Mərkəzində həmçinin Metadonla əvəzedici müalicə proqramı həyata keçirilir. Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 202 xəstə müalicə alır. Onlardan RNM-də 156 nəfəri, 46 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















