Xəbər lenti
Qan qrupuna əsasən seçim edin! - Uğurun açarı

Qan qrupuna əsasən, xasiyyət və fərdi keyfiyyətləri öyrənmək mümkündür. Yaponiyada qan qruplarına xüsusilə böyük əhəmiyyət verilir.
Yaponiyada evlənərkən, idman komandası formalaşdırarkən qan qrupuna çox ciddi fikir verirlər. Hətta bəzən mağaza vitrinlərində də məhsulları qan qruplarına görə düzürlər.
Yaponların fikrincə, birinci qan qrupunun daşıyıcıları daha çox ambisiyalı, liderliyə can atan və nikbin olurlar. Hətta onlarda eqoistlik keyfiyyətinin varlığı da mümkündür.
İkinci qan qrupuna aid olanlar səliqə-sahmanı və qayda-qanunu sevirlər. Onlar tərs və müəmmalı xarakterə malik olurlar.
Üçüncü qan qrupunun daşıyıcıları isə yaradıcı təbiətə malikdirlər. Onlar ictimai rəyə əhəmiyyət vermir, öz azadlıq və rahatlıqlarını hər şeydən üstün tutur və bəzən həddən artıq emosionallıq nümayiş etdirirlər.
Damarlarında dördüncü qan qrupu axanlar isə daha çox təşkilatçı və diplomat olurlar, bəzi hallarda ideya uğrunda heç nəyi, hətta canlarını da əsirgəmirlər. Lakin təəssüf ki, qərar qəbul etməkdə çətinlik çəkirlər.(metbuat.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar